Məhkəmə qərarları › İş №2(3-6)-3643/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3643/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3643/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi : Iddiaçı ləğv prosesində olan İddiaçıCəmiyyəti “xxxx” Kommersiya Bankı cavabdehlər cavabdeh7 MMC-yə, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2014-cü il tarixli, ***/**/****/** saylı kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh7 MMCdən, cavabdeh6, cavabdeh5, cavabdeh3 müştərək qaydada 1.562.398,49 ABŞ dolları əsas borc, 202.093,47 ABŞ dolları faiz borcu, 16.780,68 ABŞ dolları cərimə olmaqla, cəmi 1.781.272,64 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 235.000 manat məbləğində müəyyən edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 207.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən **/** nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı ** nömrəli mənzilə ilkin satış qiyməti 277.500 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27,6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə, ilkin satış qiyməti 404.000 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh1 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin məcburi qaydada çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılması, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini və qeyri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış və qeyriyaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçıCəmiyyəti “xxxx” Kommersiya Bankı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçıCəmiyyəti «xxxx» Kommersiya Bankı ilə cavabdeh7 MMC arasında bağlanmış ## ###### 2014-cü il tarixli ***/**/****/** saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh7 MMC-dən, cavabdeh6, cavabdeh5 müştərək qaydada 1.562.398,49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində əsas borc, 1.494.327,22 (bir milyon dörd yüz doxsan dörd min üç yüz iyirmi yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən ABŞ dolları, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.073.506,39 (üç milyon yetmiş üç min beş yüz altı ABŞ dolları, 39 sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 150 (yüz əlli) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun tutulmasına, cavabdeh cavabdeh7 MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsinə və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına, cavabdeh cavabdeh7 MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən **/** nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı ** nömrəli mənzil; Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilməsinə, qeyri-yaşayış sahəsinin və mənzilin açıq hərracdan satılmasına, cavabdeh cavabdeh7 MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilməsinə və bağ evinin açıq hərracdan satılmasına, qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh1 qeyriyaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin məcburi qaydada çıxarılmasına və qeyri-yaşayış sahəsinin boşaldılmasına; Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına; ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini və qeyri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış və qeyriyaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İddiaçıCəmiyyəti “xxxx” Kommersiya Bankı ilə cavabdeh7 MMC arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***/**/****/** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər cavabdeh7 MMC, cavabdeh6 və cavabdeh5 ##.##.2014-cü il tarixli, ***/**/****/** saylı kredit müqaviləsi üzrə müştərək qaydada 1.562.398,49 (bir milyon beş yüz altmış iki min üç yüz doxsan səkkiz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində əsas borc, 1.494.327,22 (bir milyon dörd yüz doxsan dörd min üç yüz iyirmi yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləğində faiz borcu, 16.780,68 (on altı min yeddi yüz səksən ABŞ dolları, 68 sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 3.073.506,39 (üç milyon yetmiş üç min beş yüz altı ABŞ dolları, 39 sent) ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla tutulsun), 30 (otuz) manat məhkəmə üçün və 150 (yüz əlli) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdeh cavabdeh7 MMCdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən **/** nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı ** nömrəli mənzilə yönəldilərək ilkin satış (likvid) qiyməti 150000 manat müəyyən edilməklə, cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilərək ilkin satış (likvid) qiyməti 550000 manat müəyyən edilməklə, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək ilkin satış (likvid) qiyməti 130000 manat müəyyən edilməklə, cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək ilkin satış (likvid) qiyməti 370000 manat müəyyən edilməklə, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilərək ilkin satış (likvid) qiyməti 250000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdehlər cavabdeh7 MMC-yə, cavabdeh6 və cavabdeh5 tutulması, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən **/** nömrəli, 9 mərtəbəli binada yerləşən 133.2 kv.m. ümumi, 96.98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı ** nömrəli mənzil, cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evi, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli zirzəmisində yerləşən 52.1 kv.m. ümumi, 27.6 kv.m. əsas, 24.5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində istifadədə olan 0.1293 ha torpaq sahəsində yerləşən “D” nömrəli binanın yarımzirzəmisində 85.7 kv.m. ümumi, 75.4 kv.m. əsas, 10.3 kv.m. köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0.1455 ha torpaq sahəsində yerləşən * nömrəli, 5 mərtəbəli binada 60.7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə tutma yönəldildikdə və əmlaklar satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından artıq qalan vəsaitin əmlak mülkiyyətçilərinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ümumilikdə ekspertiza xərcini təşkil edən 1000 (bir min) manat məbləğində pulun cavabdehlərdən tutularaq, Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi xidmətinin Kod 20093, VÖEN **********, müxbir hesab AZ**NABZ******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh cavabdeh7 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlarına toxunan şəxslər maraqlı şəxs2 və maraqlı şəxs1 ## ### 2025-ci il tarixində qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəlii qətnaməsinin borc məbləğinin ipoteka predmeti olan cavabdeh4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinə yönəldilməsi hissəsində ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, 2(004)- */**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2023- cü il tarixli, 2(004)- */**** nömrəli qətnaməsi borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissələrində dəyişdirilməsi, cavabdeh7 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh6 və cavabdeh5 ## ###### 2014-cü il tarixli, ***/**/****/** saylı kredit müqaviləsi üzrə müştərək qaydada 1562398,49 ABŞ dolları məbləğində əsas borc, 202093,47 ABŞ dolları faiz borcu, 16780,68 ABŞ dolları cərimə olmaqla ümumilikdə 1781272,64 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan “xxxx” Kommersiya Bankı İddiaçıCəmiyyətinə ödənilməsi, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan 0.07258 ha torpaq sahəsində yerləşən **/** nömrəli, 9 mərtəbəli binada yerləşən 133,2 kv.m. ümumi, 96,98 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı ** nömrəli mənzil ilkin satış qiyməti 262000 manat, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0,1455 ha torpaq sahəsində yerləşən * nömrəli zirzəmisində yerləşən 52,1 kv.m. ümumi, 27,6 kv.m. əsas, 24,5 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 183000 manat, cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində istifadədə olan 0,1455 ha torpaq sahəsində yerləşən * nömrəli, 5 mərtəbəli binada 60,7 kv.m. ümumi sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilin ilkin satış qiyməti 417600 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2023- cü il tarixli, 2(004)- */**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, ekspertizanın keçirilməsinə sərf olunmuş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdeh7 MMC, cavabdeh6 və cavabdeh5, 50 manat məbləğində hissəsinin “xxxx” Kommersiya Bankı İddiaçıCəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis rəyinin alınması üçün 1500 manat məbləğində pul vəsaitinin 1000 manat məbləğində hissəsinin müştərək qaydada cavabdeh7 MMC, cavabdeh6 və cavabdeh5, 500 manat məbləğində hissəsi isə ləğv prosesində olan “xxxx” Kommersiya Bankı İddiaçıCəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh7 MMC, maraqlarına toxunan şəxslər maraqlı şəxs1 və maraqlı şəxs2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya vermişdir. Ali Məhkəmənin 2026-cı 24 aprel tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətləri icraata qəbul edilmişdir. Daha sonra cavabdeh cavabdeh6 ##.##.2026-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən şikayət verərək, apellyasiya şikayətinin təmin edilərək, Yasamal Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinin cavabdeh cavabdeh6 münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh cavabdeh6 ##.##.2026-cı il tarixdə buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsindən cavabdeh6 apellyasiya şikayəti verməyi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı ləğv prosesində olan İddiaçıCəmiyyəti “xxxx” Kommersiya Bankı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda cavabdehin prosessual müddəti buraxmasının üzrlü səbəbi kimi onun ##.##.2017-ci il tarixindən Azərbaycan Respublikasından kənarda yaşaması və qəbul edilmiş qətnamədən yalnız təsadüfən xəbər tutması göstərilmişdir. Lakin məhkəmə bu izahatı heç bir obyektiv sübutla yoxlamadan qəbul etmiş və işin faktiki halları ilə əlaqələndirməmişdir. Belə ki, hazırkı mülki iş üzrə məhkəmə araşdırması 2018-ci ildən etibarən davam etmiş, işə beş ildən artıq müddətdə birinci instansiya məhkəməsində baxılmış və yalnız ##.##.2023-cü il tarixində qətnamə qəbul edilmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı tələblər göndərilmiş, məhkəmə tərəfindən çoxsaylı bildirişlər və çağırışlar ünvanlanmış, iş üzrə mütəmadi prosessual hərəkətlər həyata keçirilmişdir. Belə uzunmüddətli məhkəmə prosesinin və ondan əvvəl bank tərəfindən edilən çoxsaylımüraciətlərin mövcud olduğu şəraitdə cavabdehin bütün bunlardan tamamilə xəbərsiz qalması həyatın adi gedişinə və məntiqi nəticələrə uyğun gəlmir. Cavabdehin ölkə xaricində yaşaması onun məhkəmə prosesi barədə məlumat almaq imkanını aradan qaldırmır. Hazırda etdiyi kimi o, nümayəndə təyin edə, ailə üzvləri və ya digər yaxın şəxslər vasitəsilə poçt göndərişlərini qəbul etdirə, işin gedişini izləyə və ya müvafiq dövlət elektron xidmətlərindən istifadə etməklə hüquqlarını həyata keçirə bilərdi. Bundan başqa, cavabdeh uzun illər ərzində kredit öhdəliyinin mövcudluğunu bildiyi halda, həmin öhdəliklə bağlıməhkəmə mübahisəsinin taleyi ilə maraqlanmaması özünün prosessual passiv davranışının nəticəsidir. Prosessual hüquqların həyata keçirilməsində göstərilən bu laqeydlik sonradan prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Diqqətəlayiq digər hal ondan ibarətdir ki, cavabdeh 2018-ci ildən başlanmış məhkəmə prosesindən, ondan əvvəl bank tərəfindən göndərilmiş çoxsaylı tələblərdən və xəbərdarlıqlardan, habelə uzun illər ərzində aparılmış məhkəmə icraatından guya ümumiyyətlə xəbərsiz olduğunu iddia edir. Halbuki iş ardıcıl olaraq birinci instansiya, apellyasiya və kassasiya instansiyalarında baxılmış, mübahisə uzun illər ərzində açıq məhkəmə icraatında olmuşdur. Belə şəraitdə cavabdehin məhz iş Ali Məhkəmənin icraatında olduğu mərhələdə, icraata qəbul qərardadından 1 ay keçdikdən sonra qətnamədən "təsadüfən xəbər tutduğunu" bildirməsi inandırıcı hesab edilə bilməz və bu izahat heç bir obyektiv sübutla təsdiq olunmur. Məhkəmə yalnız "qətnamədən təsadüfən xəbər tutmuşam" formasında verilmiş izahatla kifayətlənmiş, həmin halın hansı tarixdə, hansı şəraitdə baş verdiyini, bunun hansı sübutlarla təsdiq olunduğunu və cavabdehin 2018–2026-cı illər ərzində iş barədə məlumat əldə etmək imkanlarının niyə mövcud olmadığını araşdırmamışdır. Məhkəmə cavabdehin "qətnamədən təsadüfən xəbər tutmuşam" məzmunlu izahatı ilə kifayətlənmiş, "təsadüfən xəbər tutma" ifadəsinin konkret nədən ibarət olduğunu ümumiyyətlə aydınlaşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Belə ki, qərardadda cavabdehin qətnamədən konkret olaraq nə vaxt, hansı şəraitdə, kimdən və ya hansımənbədən xəbər tutduğu, bu halın hansı sübutlarla təsdiq edildiyi, habelə onun bu barədə verdiyi izahatın inandırıcılığı araşdırılmamışdır. Məhkəmə yalnız cavabdehin subyektiv bəyanatını əsas götürərək prosessual müddətin bərpası barədə nəticəyə gəlmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisə üzrə borclu hüquqi şəxs olan cavabdeh7 MMC-nin təsisçiləri, zaminlər və ipoteka qoyan şəxslər eyni kredit münasibətindən irəli gələn öhdəliklərlə bağlı eyni məhkəmə icraatının iştirakçıları olmuş, uzun illər ərzində davam edən məhkəmə mübahisəsinin tərəfləri kimi qarşılıqlı hüquqi münasibətlərdə olmuşlar. Belə olan halda cavabdehin təxminən səkkiz il ərzində işin mövcudluğundan, məhkəmə baxışının gedişindən və qəbul edilmiş məhkəmə aktlarından tamamilə xəbərsiz qalmasının obyektiv mümkünlüyü məhkəmə tərəfindən hərtərəfli araşdırılmalı idi. Xüsusilə, cavabdehin digər cavabdehlər, zaminlər və ipoteka qoyan şəxslərlə əlaqələri, onlardan iş barədə məlumat əldə etmək imkanının olub-olmaması, habelə bu qədər uzun müddət ərzində mübahisədən tamamilə xəbərsiz qalmasının yalnız onun subyektiv izahatına əsaslanmaqla prosessual müddətin bərpası barədə nəticəyə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, prosessual müddətin bərpası barədə nəticə kifayət qədər araşdırılmamış hallara və sübut olunmamış izahata əsaslandığından qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, cavabdehin prosessual davranışı onun həqiqi məqsədinin hüquqlarını vicdanla müdafiə etmək deyil, mübahisənin baxılmasını süni surətdə uzatmaq olduğunu göstərir. Belə ki, cavabdeh təqdim etdiyi apellyasiya şikayətində kredit müqaviləsini ümumiyyətlə imzalamadığını iddia etdiyi halda, eyni zamanda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb edir. Bu iki hüquqi mövqe bir-biri ilə açıq şəkildə ziddiyyət təşkil edir. Əgər cavabdehin iddiasına əsasən kredit müqaviləsi onun tərəfindən imzalanmamışdırsa, həmin müqavilədən irəli gələn hər hansı öhdəliyin mövcudluğu da inkar edilir. Belə olan halda borcun hesablanmasının düzgünlüyünün mühasibatlıq ekspertizası vasitəsilə araşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Çünki mühasibatlıq ekspertizası yalnız müqavilə münasibətlərinin və öhdəliyin mövcudluğu qəbul edildiyi hallarda borcun məbləğinin düzgün hesablanmasının yoxlanılmasıməqsədinə xidmət edir. Başqa sözlə, "müqaviləni imzalamamışam" arqumenti hüquqi baxımdan "mənim heç bir öhdəliyim yaranmayıb" deməkdir. Mühasibatlıq ekspertizasının keçirilməsi tələbi isə mahiyyət etibarilə "müqavilə mövcuddur, lakin borcun hesablanması ilə razı deyiləm" mövqeyini ifadə edir. Bu iki mövqenin eyni vaxtda irəli sürülməsi cavabdehin hüquqi mövqeyinin ardıcıl olmadığını və formal xarakter daşıdığını açıq şəkildə göstərir. Bundan əlavə, qeyd olunan məsələlər işə baxılmış əvvəlki instansiya məhkəmələrində dəfələrlə araşdırılmış, müvafiq ekspertiza rəyləri və digər sübutlar qiymətləndirilmiş, məhkəmə aktlarında həmin hallara hüquqi qiymət verilmişdir. Cavabdeh yeni hüquqi və ya faktiki hallar irəli sürmədən eyni məsələlərin yenidən araşdırılmasını tələb etməklə prosessual hüquqlardan onların təyinatına zidd şəkildə istifadə edir və mübahisənin baxılmasını süni surətdə uzatmağa çalışır. Göstərilən hallar birlikdə qiymətləndirildikdə belə nəticəyə gəlmək olur ki, cavabdehin prosessual müddətin bərpası barədə müraciəti pozulmuş hüququnun bərpasına deyil, artıq uzun illərdir davam edən mübahisənin baxılmasının növbəti dəfə əsassız olaraq uzadılmasına xidmət edir. Məhkəmələr prosessual hüquqlardan vicdanla istifadə olunması prinsipini rəhbər tutmalı və prosessual hüquqlardan sui-istifadəyə şərait yaratmamalıdır. Bundan əlavə, məhkəmə prosessual müddətin bərpasıməsələsini həll edərkən yalnız müddətin buraxılmasının səbəblərini deyil, eyni zamanda təqdim edilmiş apellyasiya şikayətinin mümkünlüyünü və irəli sürülən dəlillərin ilkin baxışdan hüquqi əsaslı olub-olmadığını da qiymətləndirməli idi. Lakin mübahisələndirilən qərardaddan görünür ki, məhkəmə bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş, apellyasiya şikayətində irəli sürülən dəlillərin məzmununu, onların əvvəlki məhkəmə araşdırmaları ilə əlaqəsini və hüquqi perspektivini araşdırmamışdır. Eyni zamanda, apellyasiya şikayətində qaldırılan məsələlərin əhəmiyyətli hissəsi əvvəlki məhkəmə instansiyalarında araşdırılmış, həmin hallara məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Cavabdeh yeni faktlar və ya yeni sübutlar təqdim etmədən eyni məsələlərin yenidən araşdırılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh6 elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş materiallarında cavabdehin elektron kabinetinin təsdiqləndiyi elektron poçt ünvanına dair məlumat mövcud deyildir, müvafiq xana boş saxlanılmışdır. Bu hal qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə bildirişin cavabdehə göndərilmədiyini və nəticə etibarilə qətnamənin cavabdeh tərəfindən əldə edilmədiyini göstərir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin arayışından müəyyən olunur ki, cavabdeh6 ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və həmin tarixdən sonra ölkəyə geri qayıtmamışdır. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, şikayətin dəlili yuxarıda göstərilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qətnaməni vaxtında əldə edə bilməməsini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı ləğv prosesində olan İddiaçıCəmiyyəti “xxxx” Kommersiya Bankının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar