Məhkəmə qərarları › İş №2(3-8)-491/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-491/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-491/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi İmanverdiyev Beytulla Dadaş oğlunun, Cavabdehlər cavabdeh5 və cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı 4669,06 manat borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh5 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə icasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı ## #### 2014-cü il tarixli *** saylı kredit müqaviləsinə əsasən 3962,02 manat əsas borc və 707,04 manat faiz borcu olmaqla, cəmi 4669,06 manat məbləğində borcun tutulması, borc tələbinin Qobustan rayonunun Qobustan şəhərində yerləşən cavabdeh6 məxsus fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə yönəldilməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 4669,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə vermiş, ərizədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh7 və qeyrilərinə qarşı 4669,06 manat borc tələbi üzrə kredit təşkilatı tərəfindənən məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər tərəfindən 500 manat ödənilmişdir, iddia tələbinin 4169,06 manat saxlanılması və həmin məbləğdə iddianın təmin olunmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh cavabdeh7 ## #### 2014cü il tarixli, *** saylı kredit müqaviləsi üzrə cəmi 4169,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsi, Qobustan şəhərində yerləşən cavabdeh6 məxsus fərdi yaşayış evinin, habelə cavabdeh6 və onun ailə üzvləri cavabdeh5, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin satışı yolu ilə əldə ediləcək vəsait hesabına cavabdeh cavabdeh7 İddiaçı QSC BOKT-yə olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin qiymətinin 22000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. ## ###### 2026-cı il tarixində cavabdeh cavabdeh5 ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Qobustan Rayon Məhkəməsinin qətnaməsinə əsasən ona məxsus olan ev hərraca çıxarılmışdır. Onun evinin həyat yoldaşı tərəfindən girov qoyulmasından xəbəri olmamışdır. Xahiş edir ki, həmin qətnamənin surətinin ona verilməsinə köməklik göstərilsin. ## ###### 2026-cı il tarixli məhkəmə qəbzindən görünür ki, Qobustan Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qətnaməsinin surəti məhkəmə qəbzinə imza etdirilməklə ## ###### 2026-cı il tarixində cavabdeh5 təqdim edilmişdir. Bundan sonra ## ###### 2026-cı il tarixində cavabdehlər cavabdeh1 və cavabdeh5 Qobustan Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-**/**** saylı qətnaməsindən birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Cavabdehlər cavabdeh1 və cavabdeh5 ərizəni onunla əsaslandırmışlar ki, Qobustan Rayon Məhkəməsi *(***)-**/**** saylı, ## #### 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC BOKT-nin iddiasını təmin edərək, 4169,06 manat borcun ipoteka predmeti olan Qobustan rayonu, Qobustan şəhərində yerləşən cavabdehlərin paylı mülkiyyətindəki fərdi evə və həmin evin yerləşdiyi 11 sot torpaq sahəsinə yönəldilməsini və həmin daşınmaz əmlakların hərrac vasitəsilə satılmasını, ipoteka predmetlərinin 22000 manat qiymətləndirilməsini qət etmişdir. Onlar cavabdeh olaraq həmin işə baxılmasında iştirak etməmiş, məhkəmə qətnaməsindən yalnız paylı mülkiyyətdə olan ev hərracda satıldıqdan sonra məlumatlı olmuşlar. Qətnaməni cavabdeh cavabdeh6 hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə iddia qaldırdıqdan sonra əldə edə bilmişlər. Bu səbəbdən də qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət hər biri tərəfindən üzrlü səbəbdən buraxılmışdır. Ona görə də ərizədə xahiş edilmişdir ki, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2019-cu il tarixli qətnaməsindən cavabdehlər cavabdeh5 və cavabdeh1 apellyasiya şikayəti vermə müddətini buraxmaları üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasları barədə bildirişlər (##.##.2019, ##.##.2019-cu il tarixli) cavabdehlərə göndərilmiş, cavabdeh cavabdeh6 ##.##.2019-cu il məhkəmə iclasında iştirak etmişdir. Həmçinin, iş materiallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-**/**** saylı qətnaməsinin cavabdehlərin qeydiyyatda olduğu ünvana göndərilməsinə dair ## #### 2019-cu il tarixli göndəriş məktubu əlavə edilmişdir. Digər tərəfdən, məhkəmə qəbzindən (səh.49) görünür ki, cavabdeh cavabdeh6 Qobustan Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-**/**** saylı qətnaməsinin surətini ##.##.2019-cu ildə almışdır. Göründüyü kimi, cavabdehlər ailə üzvü olmuşlar və 2019-cu ilin Qətnaməsi barədə bugünədək məlumatlı olmamaları inandırıcı deyil. Kollegiya tərəfindən sorğu əsasında əldə olunmuş icra işinin materiallarından görünür ki, cavabdehlərə ##.##.2019-cu il tarixində Tələbin könüllü icrası haqqında Bildiriş göndərilmişdir, icra işi üzrə ##.##.2025-ci il tarixində hərrac keçirilmiş, ipoteka predmeti hərracda satılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh5 və cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İmanverdiyev Beytulla Dadaş oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Mülki iş materialından aydın olur ki, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron sistemə yüklənilmiş və beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, Qobustan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi barəsində apellyasiya şikayəti verilmiş məhkəmə aktının Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq rəsmi qaydada verilməsinə dair zəruri araşdırma aparmadan işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyasına göndərmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh5 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Qobustan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh5 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar