Məhkəmə qərarları › İş №2(1-8)-1367/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1367/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1367/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklər; kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın likvid qiyməti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il # ###### tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. LPO xxxx ASC ilə cavabdeh cavabdeh1 arasında # ####### 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bu müqavilə üzrə Bank Borcalana illik 7% olmaqla faiz ödəməklə, 60 ay müddətinə qaytarmaq şərti ilə, 180 000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Həmçinin kredit müqaviləsinin təminatı olaraq cavabdeh cavabdeh2 ilə ## ####### 2013-cü il tarixli ***/**/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mərtəbə 12-də yerləşən ümumi sahəsi 94,90 kv.m. olan 2 otaqlı ** saylı mənzil xxxx ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bundan başqa “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Yasin Zal oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/** saylı kredit müqaviləsinə əsasən, sonuncuya 60 (altmış) ay müddətinə, illik 7 faiz ödəmək şərtilə 200.000 manat kredit verilmişdir.

4. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 İddiaçı ASC-nin xeyrinə 60 ay müddətinə ipoteka ilə ##.##.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir.

5. ##.##.2013-cü il tarixli, ***/** saylı kredit müqaviləsi və ##.##.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə iddiaçı LPO ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Əliyev Yasin Zal oğlu və cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Əliyev Yasin Zal oğlundan kredit öhdəliyi üzrə qalan 181.500 manat əsas borc, müqavilə müddəti bitən tarixə 26.501,94 manat faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan 4.976,12 cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarına əsasən hesablanan 3.554,38 manat olmaqla, ümumilikdə 216.532,44 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanına yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracdan satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qeyd olunan mübahisə ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2013-cü il tarixli, ***/** saylı kredit müqaviləsi üzrə Əliyev Yasin Zal oğlundan 181.500 manat əsas, 18.470,66 manat faiz borcu, müqavilə üzrə borcun gecikdiriliməsinə görə hesablanmış 1.000 manat cərimə, 3.554,38 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 204.525,04 manat borcun tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanda yerləşən 47 və ** saylı mənzillərə yönəldilməsi, ** saylı mənzilin ilkin satış qiymətinin 495.000 manat, ** saylı mənzilin ilkin satış qiymətinin 1.137.000 manat müəyyən edilməsi, həmin mənzillərin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Əliyev Yasin Zal oğlunun iddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş vəsaitin hesabına Əliyev Yasin Zal oğlunun iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin cavabdeh2 qaytarılması, mənzillər açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rəşad Cavadzadə).

7. Həmin icraat zamanı məhkəmə tərəfindən təyin edilməsi qərara alınmış və “xxxx” MMC tərəfindən verilmiş ## ### 2020-ci il tarixli hesabata əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən cavabdeh2 mülkiyyətində olan ** saylı mənzilin bazar dəyəri 495.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən cavabdeh2 mülkiyyətində olan ** saylı mənzilin bazar dəyəri 1.137.000 manat təşkil etdiyi qeyd olunmuşdur.

8. Iddiaçının və cavabdeh cavabdeh2 apellyasiya şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-*/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, ** nömrəli mənzilin likvid qiyməti 549.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, ** nömrəli mənzilin likvid qiyməti 1.261.000 manat müəyyən edilməsi qət edilmişdir (hakimlər Sabit Bəhramzadə (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova).

9. Apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzillərin yenidən qiymətləndirilməsi keçirilmiş və Məhkəmə Ekspertiza Bürosunun ## #### 2025-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, ** nömrəli mənzilin likvid qiyməti 549.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, ** nömrəli mənzilin likvid qiyməti 1.261.000 manat müəyyən edilmişdir.

10. Cavabdeh cavabdeh2 kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli, 2(103)- */**** saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması (hakimlər-Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X4 tərkibdə) qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ##.##.2014-cü il tarixli, ***/** saylı kredit öhdəliyi üzrə qalan 150051,87 manat əsas, müddət sonuna hesablanan 6753,56 manat faiz, 8658,69 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan 5525,25 manat olmaqla, cəmi 170989,37 manat borcun ödənilmiş 30 manat dövlət rusumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzilə tutmanın yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh1 tutularaq ləğv prosesində olan “xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmənin iş üzrə ## ######## 2020-ci il tarixli qərardadı ilə iddia “ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh1 tutulması” tələbi hissəsində baxılmamış saxlanılmışdır.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ####### 2013-cü il tarixli, ***/** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə illik faiz dərəcəsi 7 faiz olmaqla, 180000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X7 ilə ## ####### 2013-cü il tarixdə ***/**/* saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m. ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borc alan bankdan aldığı krediti və ona hesablanmış faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdalıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

14. Məhkəmə tərəfindən təyin olunması qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2020-ci il tarixli ***** saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, # ####### 2013-cü il tarixli, ***/** saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimidir: 08 oktyarb 2018-ci il tarixə 156805,43 manat, o cümlədən əsas borc üzrə 150051.87 manat, faiz borcu üzrə 6753,56 manat, ## #### 2019-cu il tarixə əsas borc üzrə 150051,87 manat, faiz borcu üzrə 6753,56 manat, faiz borcu (illik 5% hesablanmaqla) 5525,25 manat təşkil edir.

15. Iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair “xxxx” MMC-nin # #### 2020-ci il tarixli, **/*** saylı ekspert rəyinə əsasən cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzilin hazırki real orta bazar qiyməti 228000 manat təşkil edir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2020- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh1 150051,87 manat əsas, kreditin bitmə tarixinə hesablanmış 6753,56 manat faiz, 8658,69 manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 5525,25 manat faiz borcu, cəmi 170989,37 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 228000 manat məbləğində müəyyən edilməsi, 100 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin cavabdeh cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 300 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin cavabdeh cavabdeh1 tutularaq “xxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir (hakim-Təhminə Xəlilova).

17. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, müqavilə üzrə hesablanmış borc iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər onun tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin ipoteka predmetinə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 445.7, 462.1, 295, 317.1, 319.1, 296.1 və 279-ci; Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1 və 39.3.3-cü və Mülki Prosessual Məcəlləsinin 14.2 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə fərdi yaşayış evinin ilkin satış qiymətini 228 000 manat müəyyən edilməsi hissəsi rədd edilməlidir. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddianı qismən təmin edərək əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən ##.##.2020-ci il tarixli ***** saylı ekspert rəyini əsas götürərək əmlakın qiymətini 228 000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Belə ki, “Ipoteka Haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 38-ci maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Hesab edir ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün araşdırılma aparılmış və yaşayış evinin bu günki real bazar qiyməti 142000-145000 manat müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edir.

22. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən - ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ipoteka müqaviləsinin bağlanmasından məlumatı olmamışdır. Həmin ipoteka müqaviləsinə imza etməmişdir, orada göstərilən şərtlər iradə ifadəsinə uyğun deyildir. Həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Ikincisi, Yasamal Rayon Məhkəməsində işə baxılarkən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** nömrəli mənzilin ilkin satış qiyməti də düzgün qiymətləndirilməmişdir. Həmin əmlakın real bazar qiyməti məhkəmə araşdırılması zamanı qiymətləndirildiyindən xeyli yüksəkdir. Həmin əmlak şəhərin mərkəzində yerləşir. Hesab edir ki, qətnamə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanunsuz və əsassızdır.

24. Məhkəmə kollegiyası tərəfindən təyin edilməsi qərara alınmış “xxxx” MMC-nin CVN/M **-***/** saylı, # #### 2025-ci il tarixli mütəxəssi rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 3, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzilin ## #### 2025-ci il tarixinə bazar dəyəri 380000 manat, likvid dəyəri 361000 manat təşkil edir. Eyni zamanda həmin əmlak digər iş üzrə mübahisə predmeti olmaqla onun barəsində qiymətləndirmə aparılmış, hazırki iş üzrə alınan mütəxəssis rəyindən fərqli olaraq qeyd edilən əmlakın ilkin hərracdan satış qiyməti 549000 manat müəyyən edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan cavabdeh2 arasında ## ####### 2013-cü il tarixdə bağlanmış ***/**/* saylı ipoteka müqaviləsində cavabdeh2 əvəzindən imza edən X3 verilmiş etibarnamədə olan imza cavabdeh2 tərəfindən icra olunmuşdurmu? Cavabdeh cavabdeh2 izah edilmişdir ki, imza və xətt nümunələrini ekspert tərəfindən daxil olacaq vəsatət əsasında Ekspertiza Mərkəzində ekspertə təqdim etsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-*/***/**** nömrəli, ## #### 2025-ci il tarixli məktubundan görünür ki, ekspertizanın aparılmasından imtina edilmişdir. Məktubda imza xətt nümunələrinin təqdim edilməsi barədə vəsatətin təmin edilmədiyi qeyd edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il # ###### tarixli, *(***)- */**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğin 549000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində pulun cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir (Hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X9 ibarət tərkibdə).

27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayn apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə və eləcə də apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər onun tərəfindən yerinə yetirilmədiyindən bank tələbin ipoteka predmeti yönəldilməsində haqlı olmuşdur. Cavabdeh müqavilənin onun tərəfindən imzalanmadığını bildirmişdir.

28. Kollegiya daha sonra qeyd etmişdir ki, işin obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasından imtina edilmişdir. Ekspertizanın cavab məktubunda imza xətt nümunələrinin təqdim edilməsi barədə vəsatətin təmin edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdehin hərəkətsizliyi nəticəsində ekspert rəyi alınması mümkün olmamışdır. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qərardadı ilə iddiaçı cavabdeh2 cavabdeh LPO İddiaçı ASC və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (cavabdeh1, X3 və Bakı şəhəri ** saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin etmiş, lakin cavabdehin hərəkətsizliyi nəticəsində ekspert rəyi alınması mümkün olmamış, bununla belə cavabdeh tərəfindən istinad etdiyi halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

29. Kollegiya hər iki apellyasiya şikayətinin dəlili olan “ əmlalın ilkin satış qiyməti”nə münasibətdə hesab etmişdir ki, hazırkı iş üzrə “xxxx” MMC-nin CVN/M **-***/** saylı, ## #### 2025-ci il tarixli mütəxəssi rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 3, 12-ci mərtəbədə yerləşən 94,90 kv.m ümumi sahəsi olan 2 otaqlı ** saylı mənzilin # #### 2025-ci il tarixinə bazar dəyəri 380000 manat, likvid dəyəri 361000 manat təşkil etdiyi müəyyən edilsə də, iddiaçı LPO İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər cavabdeh2 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında 2(103)- */**** nömrəli mülki iş olmuşdur. Mübahisəli əmlak həmin iş üzrə mübahisə predmeti olmaqla barəsində qiymətləndirmə aparılmış, hazırkı iş üzrə alınan mütəxəssis rəyindən fərqli olaraq qeyd edilən əmlakın ilkin hərracdan satış qiyməti 549000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasını *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

30. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 317.1, 319.1, 445.7, 462.1, 739.1, 739.2 və 741-ci; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 39.1 və 39.3.3-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, ** nömrəli mənzillərin yüklü edilməsi barədə ##.##.2013-cü il tarixli, ***/**/* saylı ipoteka müqaviləsindən heç bir şəkildə məlumatlı olmamış, yalnız LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası üzrə qəbul olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən sonra belə bir müqavilənin mövcudluğundan xəbərdar olmuşdur. Qeyd olunan ipoteka müqaviləsi onun iradə ifadəsini əks etdirmədiyindən etibarsız əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əqdlərin etibarlılıq şərtləri ilə bağlı bir çox qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Bundan başqa, mülki iş üzrə ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiyməti də düzgün qiymətləndirilməmişdir. Həmin əmlak şəhərin mərkəzində yerləşir və real bazar qiyməti məhkəmə araşdırılması zamanı qiymətləndirildiyindən xeyli yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməsi hissəsində təmin etmiş, qalan hissədə isə təmin birinci instansiya məhkəməsinin işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu

40. Maddə 39.3 və 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 59. ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin və cavabdehin etirazının dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il # ###### tarixli, *(***)- */**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar