Məhkəmə qərarları › İş №2(051)-286/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-286/2024

20.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-286/2024 20.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi X5 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, X9 ilə xx.xx.1991-ci ildə rəsmi nikah qeyd etməklə ailə qurmuşlar. Birgə nikahdan 4 nəfər uşaqları doğulmuşdur. X12 30 avqust 2005-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X3 anadangəlmə əqli xəstədir. xx.xx.2023-cü ildən Mingəçevir Psixo-Nevroloji Dispanserdə “Ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu, Daun sindromu” diaqnozu ilə müalicə olunur və həmin dispanserdə qeydiyyatdadır. X3 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərərkətlərini idarə edə bilmir. Ona görə də, ərizəçi onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Maraqlı şəxs1 yanında "Qəyyumluq və Himayəçilik" Komissiyasında ona şifahi olaraq bildirmişdir ki, oğlu üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, o Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mingəçevir şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 661185 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 30 avqust 2005-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X4, anası X2r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 817 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən X7 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əzab çəkmir. X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 1269 №-li, xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, X7 xx.xx.2013-cü ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “ağır dərəcəli əqli gerilik-qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu” ilə, “daun” sindromu diaqnozu ilə qeydiyyatdadır.( kənar şəxslərin daima qulluğuna, köməyinə ehtiyacı var) Beləliklə ərizəçinin izahahtı və iş materiallarıilə müəyyən olunur ki, X7 xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Ərizəçi onun anasıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətsiz hesab edilməsini xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş rəydən görünür ki, X7 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, daun sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, müqafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305ci, 317, 321-ci maddələrini rəhbər tutaraq Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə, Azərbaycan Respublikasında, Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, Rəsul Rza küçəsi, ev 25, mənzil 51-də qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar