Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-303/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PH-in 9 saylı Qəbələ Ərazi İdarəsini cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-146 F KOD 40607038 saylı şəhadətnamənin mərhum həyat yoldaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X2 xx.xx.1998-ci il tarixli qərarı ilə mərhum həyat yo1daşı X1 mülkiyyətinə Qəbələ şəhərində 0.12 hektar torpaq sahəsi ayrı1mışdir. Bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 40607038 saylı şəhadətnamə veri1midir. Həyat yo1daşı Yusif Mustafayev 13 iyul 2021-ci ildə rəhmətə getmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 40607038 saylı şəhadətnamədə mərhum əri Yusif Mustafayevin atasının adı səhvən "Ağası" kimi qeyd o1unmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək ərizəçinin istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 146F KOD 40607038 saylı şəhadətnamədə mərhum ərinin atasının adı "Ağası" kimi səhvən yazılması səbəbindən torpağa dair şəhadətnamənin ona məxsus olmasını təsdiq edə bilməmişdir. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyir. Ancaq şəhadətnamədə qeyd olunan yanlışlığa görə bu mümkün olmamışdır. Bununla bağlı o, şəhadətnamədə qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin oradan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, ərizəçinin mərhum ərinin atasının adı sözügedən şəhadətnamədə səhv yazılması nəticəsində, o mülkiyyət hüququndan istifadə edə bilmir. Belə olan halda, bu məsələnin həlli üçün torpağın mülkiyyətə verilməsinə dair JN-146 F KOD 40607038 saylı şəhadətnamənin mərhum həyat yoldaşı X3 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri PH-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş sənədlər: Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, № 190660 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli, № 324 saylı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-42/2-M-00xx/xx/2023 saylı məlumata əsasən torpaq sahələrinə dair huquq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmılakın Dövlət Kadastrı və Reyestri PH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 3- 21-3-60/2-396/2024 saylı arxiv sənədlərindən görünür ki, JN-146 F KOD 40607038 saylı Qəbələ rayonu X2 xx.xx.1998-ci il tarixli qərarına əsasən X5 0.12 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-146 F KOD 40607038 saylı şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayonu X2 xx.xx.1998-ci il tarixli qərarına əsasən X5 0.12 ha torpaq sahəsi verilmişdir . АЗ seriyalı, № 036428 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 arasında xx.xx.1986-ci il tarixdə Mingəçevir Şəhər VVAQ bürosunda rəsmi nikah bağlanmış və həmin nikah 69 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün cəmi 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 6-cı maddəsinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Qəbələ rayonu X2 xx.xx.1998-ci il tarixli qərarına əsasən X5 verilmiş 0.12 ha torpaq sahəsi JN-146 F KOD 40607038 saylı şəhadətnamədəki X3 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Qəbələ rayonu X2 xx.xx.1998-ci il tarixli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 40607038 saylı şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhəri Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-303/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-303/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver