Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-306/2021 19.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdehna qarşı bağışlama müqaviləsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin zəruriliyi olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətinində aparılması vəzifəsinin X5 ofisinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı bağışlama müqaviləsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin zəruriliyi olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətinində aparılması vəzifəsinin X5 ofisinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı bağışlama müqaviləsinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin zəruriliyi olmadan notariat qaydasında təsdiqlənməsi, notariat hərəkətinində aparılması vəzifəsinin X5 ofisinin üzərinə qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-306/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-306/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver