Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-32/2023 30.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1982-ci ildə Kəlbəcər rayon Bəzirxana kəndində anadan olmuşdur. xx.xx.2003-cü il tarixdə X2 dünyaya gəlmişdir. Oğlu anadan gəlmə çox ağır əqli qüsurlu olmuşdur. Oğlu anadan gəlmə çox ağır əqli gerilik USİ əlaqələnmiş qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə kənar şəxslərin daimi köməyinə və qulluğuna ehtiyacı var. Oğlu Anar xəstədir və daimi müalicəyə ehtiyacı var. Oğlu öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Ona görə də məhkəmədən oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2003-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 341 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2022-ci ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə “Çox ağır əqli gerilik USİ əlaqələnmiş qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 732 saylı rəyindən görünür ki, X2 uşaqlıqdan Ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə XBT-10 F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında Ərizəçi X1 anası olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını, başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X1 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini və onun ruhi xəstəliyə məruz qalmasını nəzərə alıb məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.2003-cü ildə Mingəçevir şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-32/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-32/2023
30.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver