Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-328/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla sənədin məxsusluğunun müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı əsasında verilmiş JN-571F, KOD 90200002 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» sənədin ümumi birgə mülkiyyətçi kimi ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı əsasında verilmiş JN-571F, KOD 90200002 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» ümumi sənədin ümumi birgə mülkiyyətçi kimi ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Doğulandan hal-hazıradək Mingəçevir şəhəri Kür küçəsi ev 6-da qeydiyyatdadır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamına müvafiq fərdi yaşayış ev üçün 0.10 ha torpaq sahəsində «Torpağın mülkiyyətə verilməsinə dair» JN-571F, KOD 90200002 kod nömrəli xx.xx.2003-cü il tarixli Şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamə aşağıdakı 10 nəfərin ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ verilmişdir: 1. X2 – nənəsi, 2. X7 – atası, 3. X8 - əmisi, 4. X11 – anası, 5. Ərizəçi Abuzər oğlu – özü , 6. X9 - əmisi, 7. X4 - əmisi, 8. X5 - əmisi Rövşənin arvadı, 9. X6 - əmisi Rəvşənin qızı, 10. X15 - əmisi Rövşənin oğlu. Lakin birgə mülkiyyətçiləri siyahısında 5-ci sırada onun ata adı Azər əvəzinə səhvən Abuzər yazılıb ( Abuzər ata babasının adıdır). Onlar mövcud «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» əsasında torpaq sahəsinə dövlət reyestrindən Çıxarış verilməsi barədə DƏDRX publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət və onun ata adının subyektlər siyahısında düzgün göstərilməsini xahiş etdilər. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi belə məsələlərin məhkəmə qaydasında həll edilməsini xx.xx.2024-cü il tarixli məktubla izah etdi. «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» hüquqmüəyyənedici sənədlər və şəhadətnamədə beşinci sırada qeyd olunan ata adı onun şəxsiyyətini təsdiq edən sənəd – AA04389150 nömrəli xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinə uyğun göstərilmədiyi üçün həmin sənədin ona məxsus olması faktını məhkəmədənkənar qaydada həll edə bilmir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Ərizəçi verdiyi izahatında məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni, ərizəçinin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya hər hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. İşdə olan JN-571F, KOD 90200002 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamına əsasən Şəhadətnamə ilə 0.10 ha torpaq sahəsi üzərində aşağıdakı 10 nəfərin ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ verilmişdir: 1. X2 – nənəsi, 2. X7 – atası, 3. X8 - əmisi, 4. X11 –anası, 5. Ərizəçi Abuzər oğlu – ərizəçi , 6. X9 - əmisi, 7. X4 - əmisi, 8. X5 - əmisi Rövşənin arvadı, 9. X6 - əmisi Rəvşənin qızı, 10. X15 - əmisi Rövşənin oğlu. Şəhadətnamədən görünür ki, ərizəçinin ata adı şəhadətnamədə “Abuzər” olaraq qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 atası X7, anası X1r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.10 ha torpaq sahəsi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamına əsasən Şəhadətnamə ilə üzərində aşağıdakı 10 nəfərin ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ verilmişdir: 1. X2 – nənəsi, 2. X7 – atası, 3. X8 - əmisi, 4. X11 –anası, 5. Ərizəçi Abuzər oğlu – ərizəçi , 6. X9 - əmisi, 7. X4 əmisi, 8. X5 - əmisi Rövşənin arvadı, 9. X6 - əmisi Rəvşənin qızı, 10. X15 - əmisi Rövşənin oğlu. Lakin həmin sənəddə Ərizəçi ata adı “Abuzər” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı qərarı ilə JN-571F KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququnda göstərilən 5-ci bənddəki ad Ərizəçidur, həmin sənəddə yazılmış “Ərizəçi Abuzər oğlu”nun ata adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçi sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı qərarı ilə JN-571F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli 199 saylı qərarı ilə JN-571F KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər ümumi birgə mülkiyyətçilərlə yanaşı, həmçinin Ərizəçi məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı əsasında verilmiş JN-571F, KOD 90200002 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» ümumi sənədin ümumi birgə mülkiyyətçilərdən biri kimi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-328/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-328/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver