Məhkəmə qərarları › İş №2(051)-368/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-368/2022

02.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-368/2022 02.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi Qəyyumluq və Himayə orqanın nümayəndəsi X5 iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Qəyyumluq və Himayə orqanı 10 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri N.Nərimanov prospekti, 28/1 №-li evin 17 №-li mənzilində yaşayan X2 “daun xəstəliyi ilə əlaqədar kəskin ifadəli ağlı zəiflik” diaqnozuna görə fəlaiyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Qəyyumluq və Himayə orqanın nümayəndəsi X8 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan X1 şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək valideyinləri vəfat etdiyini, psixi qüsurlarna görə öz hərəkətlərinin mahiyyətini anlamayan 10.06.1974-cü il təvəllüdlü, Mingəeçvir şəhərində yaşayan qardaşı Eldəniz Məmmədov nəzarətsiz qalmasını, ona hazırda qardaşı arvadı Lalə Məmmədovanın qayğı-qulluq göstərməsini, özü Rusiya Federasiyasında yaşadığına görə məhkəməyə ərizə ilə müraciət etmək imkanı olmadığını bildirmişdi. Müəyyən edilmişdir ki, şəhərin N.Nərimanov küçəsindəki 28/1 №li evin 17 №li mənzilində yaşayan 10.06.1974-cü il təvəllüdlü X6 həqiqətən “daun xəstəliyi ilə əlaqədar kəskin ifadəli ağlı zəiflik” diaqnozu ilə 02.10.1981-ci il tarixdən Mingəçevir rayonlararası psixonevroloji dispanserdə qeydiyyatdadır. Onun atası 1994-cü ildə, anası 2020-ci ildə vəfat etmişlər. Hal-hazırda Eldəniz qardaşı arvadı Lalə Məmmədovanın himayəsindədir. E.Məmmədovun hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, X2 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 aprel 1974-cü ildə doğulmuşdur. Atası kimi X7, anası kimi X3 göstərilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 22 aprel 1994-cü ildə, X3 20 sentyabr 2020-ci ildə vəfat etmişlər. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mİngəçevir şəhər Psixo-Nevroloji Dispanserdən verilmiş arayışdan görünür ki, Məmmədov Eldəniz Əsman oğlu “daun xəstəliyi ilə əlaqədar kəskin ifadəli ağlı zəiflik” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının 21 aprel 2022-ci il tarixli, 253 №-li rəyində göstərilir ki, X6 uşaqlıqdan ota dərəcəli əqli geilik, davranış pozuntuları ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 10 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri N.Nərimanov prospekti, 28/1 №-li evin, 17 №-li mənzilində yaşayan, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar