Məhkəmə qərarları › İş №2(051)-374/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-374/2024

01.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-374/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə doğulmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2005-ci il tarixdə doğulmuş oğlu X6 2021-ci ildə qəflətən ağır işemik insult keçirmişdir. O, insult keçirdikdən sonra halı pisləşmiş və hazırkı dövrdə artıq öz hərəkətlərinin mahiyyətini anlamır, özünü idarə edə bilmir. Ona həkim ekspert komissiyasının qərarı ilə birinci dərəcəli əlillik müəyyən edilmişdir. Oğlu Fərid xx.xx.2023-cü il tarixdən Mingəçevir Maraqlı şəxs1də “Çox ağır əqli gerilik, beyin insultu ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X10 öz hərəkətlərinin mahiyyətini anlamadığı, özünü idarə edə bilmədiyi, öz hüquq və mənafeyini müdafiə etmək və həyata keçirmək iqtidarında olmadığı üçün o, oğluna qayğı və qulluq göstərir. Onun üzərində qəyyum təyin edilməsi üçün isə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs1ə, Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X3 atası X5, anası Ərizəçidır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1322 saylı arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdən “Çox ağır əqli gerilik, beyin insultu ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 77 saylı rəyindən görünür ki, X2 başlayan damar demensiyası XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyindən əziyyət çəkir. X1 kəskin başlayan damar demensiyası XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyi keçirir. X4 hal-hazırda hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın 2-ci hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X2 başlayan damar demensiyası XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X6 “Çox ağır əqli gerilik, beyin insultu ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.2005-ci il tarixdə doğulmuş oğlu X6 xx.xx.2023-cü il tarixdən “Çox ağır əqli gerilik, beyin insultu ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X2 başlayan damar demensiyası XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. Ona görə də onun daim kənar şəxslərin nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. X1 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X3 fəaliyyət qabiliyyətli olmaması ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 77 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X3 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X6 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar