Məhkəmə qərarları › İş №2(051)-380/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-380/2025

01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-380/2025 01.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Orqanı və Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanseri ) fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 23 avqust 1988-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək 23 avqust 1988-ci il tarixdə doğulmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 23 avqust 1988-ci il tarixdə doğulmuş X9 ərizəçinin oğludur. X15 xəstədir. Belə ki, o, 05 sentyabr 2000-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs1 "ağır dərəcəli əqli gerilik" diaqnozu ilə qeydiyyatdadır. Zaur Daureşov öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir və şüurunda yaşına uyğun gəlməyən gerilik vardır. Hazırda ərizəçinin oğlu Zaur Daureşov ev şəraitində müalicə olunur və ona qəyyum təyin olunmalıdır. Ərizəçi bu faktı başqa qaydada müəyyən edə bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Belə ki, X15a öz hərəkətinin mənasını başa düşə bilmir, bu səbəbdən ona qəyyum təyin olunmalıdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik Orqanına və Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanserinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik orqanının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, rəyi, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə X10 ilə Ərizəçi birgə nikahından doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 012804 №li “şəhid ailəsinin üzvü vəsiqəsi”ndən görünür ki, Ərizəçi şəhid ailəsinin üzvüdür. İşdə olan MİS-4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 590 №li arayışdan görünür ki, X2 şəhər, Əkinçi küçəsi, ev 57 ünvanında fərdi yaşayır. İşdə olan Mingəçevir şəhər Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 621 №li arayışdan görünür ki, X9 ağır dərəcəli əqli gerilik, hemiplegiya diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan “Məhkəmə-X5” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 495№li ekspert rəyindən görünür ki, X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolmalar aşkar olunmuşdur. X9 öz hərəkətinin mənasını başa düşmək, onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1988-ci il tarixdə doğulmuş oğlu X9 “ağır dərəcəli əqli, hemiplepiya” diaqnozu ilə psixiatrik müşahidə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X4 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X6 fəaliyyət qabiliyyətli olmaması hesab edilməsi “Məhkəmə-X5” X14 tərəfindən xx.xx.2025-ci il tarixli, 495 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X9 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin oğlu X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar