Məhkəmə qərarları › İş №2(051)-395/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-395/2021

15.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-395/2021 15.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək onun doğum tarixinin xx xxxxxx 1966-cı il olması faktının müəyyən olunması və bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, iddiaçı məhkəmədən onun doğum tarixinin xx xxxxxx 1966-cı il olması faktının müəyyən olunması və bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin məhkəmənin inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi yəni doğum haqqında şəhadətnamənin verilməsi iləbağlı səlahiyyəti yoxdur.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrində baxılır. İddiaçı məhkəmədən onun doğum tarixinin xx xxxxxx 1966-cı il olması faktının müəyyən olunması və bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də tələb məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, inzibati orqanın aktlarının ləğv edilməsi müvafiq İnzibati məhkəməyə verilməlidir. Ona görə də göstərilən tələbə məhkəmə qaydasında baxmaq qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcllənin 153.3-cü maddəsinə əsasən, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya Ərizəçi Şəki İnzibati Məhkəməsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar