Məhkəmə qərarları › İş №2(051)-409/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-409/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-409/2024 19.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh Tərtər X3 idarəsinə və Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində qanunsuz yazılmış 1725.11 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evə qaz sərfinə görə hesablaşmaq üçün həyətyanı sahəsinin çöl tərəfinə sayğac quraşdırılmışdır. Evinə qazın verilməsi əvvəllər normal olmuşdur. Hər ay əvvəlcədən Cavabdehın əməkdaşları tərəfindən bildiriş-xəbərdarlıq verildikdən sonra, bildiriş üzrə borcları hissə-hissə, yaxud tam formada ödəmişdir. Lakin, Cavabdeh əməkdaşları 10 mart 2023-cü il tarixdə ona məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirtmiş, bu barədə MSK-14-2-2/3- 5-1790-1 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda sayğacın klapanın işlək vəziyyətdə olmadığı, sayğacın mənfiyə işlədiyi, sayğacın çıxış plastmas borusunun sınıq olduğu, element yuvasının qapağının ətrafının zədəli olduğu, klapanın bağlı olduğu, xətaların normaya uyğun olduğu və sayğacın istismara yararsız olduğu qeyd olunmuşdur. Bunun da əsasında ona 1725.11 manat məbləğdə borc yazılmışdır. O, həmin aktı və ona yazılmış borcu əsassız hesab edir. Belə ki, qaz sayğacı onun cavabdehliyi sərhəddində quraşdırılmamış və onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Odur ki, məhkəmədən onun barəsində qanunsuz yazılmış 1725.11 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında öz nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Bununla belə Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, Mingəçevir şəhər Məhkəməsinə İddiaçı “1725.11 manat cərimə məbləğinin silinməsi” tələbinə dair 2(051)- 409/2024 saylı mülki iş üzrə Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən Etiraz ərizəsi (təbii qazdan istisfadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə) İddiaçı Cavabdehnə borcun silinməsinə dair tələbi əsassız olduğu üçün ləğv olunmalıdı. Çünki İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İstehlakçı İddiaçı məxsus fərdi evinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı **********7 nömrəli qaz sayğacında müdaxilə halı aşkar olunmuş və bu səbəbdən dövlət yoxlamasına göndərilmişdir. Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasında baxış keçilrilmiş, sayğacın çıxış plastmas borusu sınıq olduğu müəyyən olunmuşdur. Bununla da Cavabdeh İB-nə 12960 m3 yəni 1555.20 manat ziyan dəymişdir. İddiaçı 1725.11 manat borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Qeyd etiyimiz kimi Cavabdeh İB-nə 1555.20 manat məbləğində ziyan dəymişdir, qalan məbləğ isə abonentin istifadə edib ödəmədiyi debitor borcudur. Nəzəriniz çatırırq ki, smart G-4 İtiron tiplilər əvvəlcədən ödənişli qaz sayağaclarının işləmə prinsipi abonent əvvəlcədən ödəniş edir edilmiş ödənişə əsasən sayğacın 1 bölməsində ödənişə uygun qaz m3 görsənir .Abonent qazdan istifadə etdikcə 1 bölməsində olan həmin qaz azalalmağa doğru gedir .1 bölməsindəki qaz 0 m3 olanda klapan bağlanır və sayğacx qazı buraxmır və bu zaman abonent yenidən ödəniş edir, klapan acılır. İddiaçı məxsus **********7 nömrəli smart G-4 İtiron tipli sayğacın 4 –cü boölümundə sayğacından istifadə etdiyi müddətdə qazın həcmi 7149 m3 olmuş, İstifadə etdiyi qazın ödədiyinin həcmi isə 6310 m3 olduğu qeydə alınmışdır. Yuxarıda qeyd etdiyimiz 1-cü bölumdə abonent sayğaca pul yüklədikdə klapan açılır, yüklənmiş pulun məbləği bitdikdə klapan bağlanır. Lakin İddiaçı istifadə etdiyi smart tipli sayğacda yüklənmiş pul bitsədə, klapan texniki səbəbdən klapan bağlanmamış, açıq qalmış, abonent bunadan vürsət bilərək üzün müddət pul yükləmədən qazdan istifadə etmişdir. Bu da 1-ci bölüm hissəasində mənfiyə getmiş tabii qaqzın həcmi 921 m3 qeydə alınmışdır. Yəni yuxarıda qeyd olunan sayğacdan istifadə etdiyi ümumi qazın həsmi 7149 m3 olmuşdur, yüklənmiş ümumi pul isə 6310 m3 – dir. 7149 m3 – 6310 m3 = 839 m3 x 0.20=167.80 Hüquqi məsələlər: Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda İddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində limitlərdən artıq istifadə edilməsinə yol verməsinlərqeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınması tapşırılmışdır. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası MM-nin 21.1,373.2, 442, 448.1, 385.1 və MPM-nin 4, 154-cü maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair tələbinin rədd dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşə əlavə olunmuş Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən verilmiş ******* №-li Aktdan görünür ki, xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-1790-1 aktına əsasən sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Sayğacın çıxış plastmas borusu sınıqdır. Element yuvasının qapağının ətrafı zədəlidir. Klapanı bağlıdır. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablanmalı və ödənilməsi abonent tərəfindən təmin edilməlidir. İşə əlavə olunmuş Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Mingəçevir şəhəri Günəşli küçəsində fərdi evdə yaşayan istehlakçı İddiaçı qaz sayğacının nominal qaz sərfi 6 kub.metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. Dəymiş ziyanın həcmi cəmi 12960 kub.metr hesablanmışdır. İşə əlavə olunmuş abonentin saldosundan görünür ki, Mingəçevir şəhəri Günəşli-0100- 0520 ünvanına İddiaçı adına qalıq və aktlar üzrə 1560,84 manat borc hesablanmışdır. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, qaz sayğacı fərdi yaşayış evindən kənarda yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox fərdi yaşayış evindən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən ziyan 12960 kub.metrdir. Həmin ziyanı 1 kub.metr qazın dəyəri olan 0.12 manata vurduqda (yəni 12960x0.12) alınan məbləğ 1555.20 manatdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən məbləğin qalan hissəsi qazın sərfinə hesablanmış məbləğdir. Qazın sərfinə hesablanmış məbləğin isə silinməsi qeyrimümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca Cavabdeh Tərtər X4 İdarəsinin işçiləri tərəfindən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var Ələkbər Hüseynov Düzdür: Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar