Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-41/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, Maraqlı şəxs1 qəyyumluq və himayə orqanının nümayəndəsi X7 oğlunun iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi qızı X1 və oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan tələbini dəqiqləşdirərək ancaq oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, özü İ qrup “Qarabağ” əlilidir. X9 15 fevral 1990-cı ildə anadan olmuşdur. Oğlu İlham ruhi xəstədir, İİ dərəcəli əlildir. İlham öz hərəkətlərinin mənasını tam başa düşmək, ona rəhbərlik etmək iqtidarında deyil. Oğluna qayğı-qulluq göstərilməli və ona qəyyum təyin olunmalıdır. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etmiş, Maraqlı şəxs1 ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün məhkəmə qətnaməsi tələb olunduğunu bildirmişdir. Ona görə də ərizənin təmin olunmasını, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X4 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 05 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, X5 15.12.2010-cu ildən dispanserdə “şizofreniya paranoid forma, fasiləsiz gedişli “ diaqnozu ilə müşahidədədir. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 26 iyul 2021-ci il tarixli 405 №-li rəyində göstərilir ki, X5 şizofreniya paranoid forma, fasiləsiz gedişli ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertiza rəyinə, iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 15 fevral 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10/2 №-li evin 24 №-li mənzilində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-41/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-41/2021
20.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver