Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-423/2020 19.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili x37, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x12, onun vəkili x29, x3 nümayəndəsi x6 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququna şəhadətnamə verilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququna şəhadətnamə verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi və vəkili x37 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı valideynləri x15 və x7r. Onların birgə nikahından 5 nəfər uşaqları olmuşdur- Fərman, Rayət, Telman, Vilayət və Çingiz. İddiaçının anası və qardaşı Çingiz vəfat etmişlər. Sonra iddiaçının atası x28 Mustafayeva ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçının atası Həmdiyyə Mustafayev 13 fevral 2010-cu ildə vəfat etmişdir, ondan Mingəçevir şəhəri Babək küçəsi, 18”A” №-li ev miras qalmışdır. İddiaçı ailə üzvləri və atası ilə birlikdə həmin evdə yaşamış, atasının ölümündən sonra da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Atasından qalmış mirası ancaq iddiaçı qəbul etmişdir. Digər vərəsələr isə mirası qəbul etməmişlər. Ya da miras qoyan mirası heç kimə vəsiyyət etməmişdir. İddiaçının mirası faktiki olaraq qəbul etməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də vardır. İddiaçının atası Həmdiyyə Mustafayevin 7 nəfərlə birlikdə ümumi birgə mülkiyyətdə torpaq payı da miras qalmışdır. İddiaçı miras əmlaka bütöv şəkildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İmtina da onunla əsaslandırılmışdır ki, miras qoyan Həmdiyyə Mustafayevin ikinci nikahda olduğu arvadı Minayə Mustafayeva həmin mənzildə qeydiyyatdadır. Minayə Mustafayeva 2010-cu ildən ərinin dəfnindən sonra evdən çıxıb getmiş, həmin vaxtdan da evə gəlib-getməmiş, evin qorunub saxlanılmasında iştirak etməmişdir. İddianın təmin olunmasını, x4 miras qalmış Mingəçevir şəhəri ünvan 1 “A” №-li evə və 7 nəfərin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən ona məxsus paydan ibarət miras əmlaka bütöv şəkildə iddiaçıya vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x12 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xəstəliyi ilə bağlı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bundan əlavə mirasın qəbulu ilə əlaqədar qanunla müddət müəyyən edilməsini də bilməmişdir. Hesab edir ki, atasından qalmış mirasda onun da payı vardır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. R.Mustafayevanın vəkili x29 da məhkəmə iclasında iddia əsassız olduğunu, miras əmlakda R.Mustafayevanın payı olduğuna bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x3 nümayəndəsi x16 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, üçüncü şəxs Telman Mustafayev miras qoyanın birinci növbəli qanuni vərəsəsidir. Telman Mustafayev miras qalmış evdə yaşamasa da, mirasın qəbulu ilə əlaqədar notariat orqana müraciət etməsə də, hesab edir ki, o, birinci növbəli qanuni vərəsə olduğuna görə miras əmlakdan pay almaq hüququ vardır. Telman Mustafayev mirasın qəbulu ilə əlaqədar notariat orqanına müraciət etməli olmasını bilməmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər x11, x8 və x9 ünvanlarına məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri ünvan 1 “A” № li ev tam mülkiyyət hüququ ilə x10 adına qeydə alınmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri ünvan 1 “A” № li ünvanda yerləşən 0,06 ha torpaq sahəsi 7 nəfərin – x15, İddiaçı, x17, x18, x19, x22 və x13 ümumi mülkiyyətindədir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş arayışlardan görünür ki, İddiaçı, x12, x2 atası x15, anası x7r. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, x14 08 iyul 1985-ci ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, x15 ilə x23 arasında 06 iyun 1988-ci ildə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x15 13 fevral 2010-cu ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 20.12.2019-cu il tarixli arayışından göstərilir ki, x10 vərəsələri-arvadı x11, qızı Mustafayeva Rayət, oğlu Mustafayev Telman və oğlu İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisindən iddiaçının nümayəndəsi və vəkilinə verilmiş 10 fevral 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, “Elektron notariat” x1 çıxarışa əsasən müəyyən edilmişdir ki, Mingəçevir şəhəri ünvan 1 “A” ünvanda yerləşən evdə İddiaçı başqa həm də miras qoyanın birinci növbəli varisi-arvadı x11 da qeydiyyatdadır. Mülki Məcəllənin 1243.2 və “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu maddəsinin tələblərinə görə mirasın tərkibinə daxil olan yaşayış sahəsində qeydiyyatda olan x5 nəzərə almadan bütövlükdə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Minayə Mustafayeva 31.07.2018-ci il tarixdə mirasın qəbulu haqqında ərizə ilə müraciət etmiş, ancaq M.Mustafayevanın adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan MKTİB-nin işçilərinin və qonşuların iştirakı ilə tərtib edilmiş 14 sentyabr 2017-ci il və 12 may 2020-ci il tarixli aktlarda göstərilir ki, ünvan 1 “A” №li evdə yaşamış x20 13.02.2010-cu il tarixdə vəfat etdikdən sonra ikinci nikahda olan arvadı x11 ərinin dəfnindən bir neçə gün sonra evdən getmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-3770/2017 № li 14 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi təmin olunmuş, Mingəçevir şəhəri Babək küçəsində yerləşən 18 “A” № li yaşayış evi və torpaq sahəsinin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən olunmuş hesab edilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri ünvan 1 “A” №li ev x10 mülkiyyətində olmuşdur. Bundan əlavə ünvan 1 “A” №li ünvanda yerləşən, ümumi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində Həmdiyyə Mustafayevin payı vardır, H.Mustafayev 13.02.2010-cu ildə vəfat etmişdir. Həmdiyyə Mustafayevin mülkiyyətində olmuş ünvan 1 “A” № li ev və həmin ünvanda yerləşən ümumi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsindəki payı miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvad(ər), valideynlər bərabər hüquqlu, birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Həmdiyyə Mustafayevin ölümündən sonra miras qalmış Mingəçevir şəhəri ünvan 1 “A” №li evdə birinci növbəli vərəsə olan İddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqla, əmlaka sahib etmiş, mirası faktiki olaraq qəbul etmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş 2(051)- 3770/2017 №li 14 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə x4 miras qalmış Mingəçevir şəhəri ünvan 1 “A” №li evin və torpaq sahəsinin miras kimi qəbul edilməsi faktiki müəyyən edilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, miras evdə vərəsə İddiaçı əlavə digər vərəsə- x11 qeydiyyatdadır. Lakin məhkəmə iclasında həmçinin, müəyyən edildi ki, vərəsə Minayə Mustafayeva miras qoyanın ölümündən bir neçə gündən sonra həmin evdən çıxıb getmiş, bu vaxta qədər evlə əlaqə saxlamamış, evin qorunub-saxlanmasında iştirak etməmiş və ya vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Eləcə də digər vərəsələrin mirası ya faktiki olaraq, ya da notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verilməsi yolu ilə qəbul etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, x4 miras qalmış Mingəçevir şəhəri ünvan 1 “A” №li evə və ümumi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin H.Mustafayevə məxsus paya bütöv şəkildə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. x10 mülkiyyətində olmuş Mingəçevir şəhəri ünvan 1 “A” №-li evə və həmin ünvanda yerləşən, ümumi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən Həmdiyyə Mustafayevə məxsus paydan ibarət miras əmlaka dair bütöv şəkildə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-423/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-423/2020
19.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver