Məhkəmə qərarları › İş №2(051)-441/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-441/2024

07.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-441/2024 07.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 21 avqust 1963 -cü ildə Ağdam rayon Evoğlu kəndində anadan olmuşdur. X1 isə xx.xx.2006-cı ildə Mingəçevir şəhərində doğulmuşdur. X1 usi.kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, spastik tetraplegiya, əzələ gücü y/ətraflarda 2 bal, a/ətraflarda 0-1 bal əzələ tonusu spastik ilə kvadroplegik spastik serebral iflicdir. Ona görə də qızının daimi müalicəyə ehtiyacı var. Qızı öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1552 saylı arayışdan görünür ki, X4 xx.xx.2018ci il tarixdən “X4 usi.kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya, spastik tetraplegiya, əzələ gücü y/ətraflarda 2 bal, a/ətraflarda 0-1 bal əzələ tonusu spastik ilə kvadroplegik spastik serebral iflic” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 65 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F72.1 xəstəliyindən əziyyət çəkmişdir. X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT- 10 F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F72.1 xəstəliyi keçirməsi səbəbindən onun kənar şəxsin yardımına və nəzarətinə ehtiyacı var. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin X1 xx.xx.2018-ci il tarixdən “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X4 hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun daim kənar şəxslərin nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. Bu hallar, yəni X2 fəaliyyət qabiliyyətli olmaması ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin X1nın fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin X1 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar