Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-458/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik Komissiyası, Mingəçevir şəhər Maraqlı şəxs1 cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik Komissiyası, Mingəçevir şəhər Maraqlı şəxs1 cəlb edilməklə Mingəçevir Şəhər Məhkəməsinə ərizə verərək, 30 noyabr 1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahat verib, X1 ölməsini, işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 515864 №li xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Hazırkı işdə ölmüş şəxs X1 fəaliyyəti qabiliyyətsiz hesab edilməsi tələb olunduğundan ərizəyə mahiyyəti üzrə baxılması mümkün sayıla bilməz. Odur ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik Komissiyası, Mingəçevir şəhər Maraqlı şəxs1 cəlb edilməklə şəxsiz fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-458/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-458/2025
13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver