Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-494/2020 07.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh iki azyaşlı övladları X10 və X11 ilə birlikdə mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 3000 manat kompensasiya verməklə xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını xahişetmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X1 məhkəmə iclasındaiddiatələbinin həcmini artıraraq izahatında göstərmişdirki, Cavabdeh oğlu ilə xx xxxxxxx 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2006-cı il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı iki övladları var. Aralarında olan nikah məhkəmə yolu ilə pozulmuşdur və hazırda ayrı yaşayırlar. Cavabdeh oğlu X13 ilə ailə qurduqdan sonra ona məxsus olan, ünvan 1 ünvanında fərdi yaşayış evində yaşamışdır. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-521/2019 saylı qətnaməsi ilə Cavabdeh və övladları X10 və X7 Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 saylı evə istifadə hüququ tanınmışdır. Qeyd edilən ev xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 3/1 hissədə X3 adına qeydiyyata alınmışdır. Ev paylı mülkiyyətdə olmaqla 3/1 hissədə X3, 3/2 hissədə isə X5 payı müəyyən edilmişdir. Ona görə də Cavabdeh iki azyaşlı övladları X10 və X11 ilə birlikdə mülkiyyətində olan Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 5000 manat kompensasiya verməklə xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, İddiaçı onun keçmiş qayınanasıdır. İddiaçının oğlu X13 ilə xx xxxxxxx 2005-ci il tarixində rəsmi nikaha daxil olmaqla el adəti ilə toy edib, Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 saylı evə cehiz əşyaları ilə birlikdə gəlin köçüb ailə qurmuşdur. O, gəlin gəldikdən sonra həmin evdə qaynanası İddiaçı və cavabdeh X13 ilə birlikdə yaşamışdır. Yaşadıqları müddətdə xx xxxxxxx 2006-cı il təvəllüdlü X10 və xx xxxxxx 2012-ci il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuş və onlar məhkəmə qaydasında boşanmışlar. O, məhkəməyə istifadə hüququnun tanınması ilə bağlımüraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən onun və övladlarının Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 saylı evə istifadə hüquqları tanınmışdır. Buna qayınanası İddiaçı razılıq vermişdir. Onun başqa yaşayış yeri yoxdur və övladları ilə sözügedən evdə yaşayır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ünvanda yerləşən 0,0207 hektar torpaq sahəsində yerləşən 77.5 kv.m yaşayış evi mülkiyyət hüququ üzrə 1/3 hissəsi İddiaçı və 2/3 hissəsi isə X5 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 nikahı Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx xxxxxxx 2019-cu il tarixdə 144 nömrəli aktı ilə pozulmuşdur. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Divanova X4 şəhəri, Y.Muradov küçəsi, ev 9 ünvanda qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-521/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, X13 tərəfindən X10, X12 və Cavabdeh mənzildən çıxatmaq hədə-qorxusuna son qoyulçması, X10, X11 və Cavabdeh ünvan 6 saylı evə istifadə hüququ tanınması qət edilmişdir. İşə əlavə olunmuş Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 56 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X8 və Divanova X2 şəhəri Y.Muradov küçəsində olan 46,2 kv metr olan 2 otaqlı 9 nömrəli evində yaşayırlar. İşə əlavə olunmuş Mobil MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, ünvan 6 saylı 06 sot torpaq üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı, 1 seyvanlı orta təmirli fərdi yaşayış evinin fevral-mart ayı 2020-ci il tarixə olan bazar satış qiyməti 42000 manat və 4 otaqlı yarımçıq tikili üstü açıq evin bazar satış qiyməti 20000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş ƏQ-68/2020 saylı, xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, ünvan 6 saylı ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 37,75 kv.m-dən ibarət fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə real bazar dəyəri 14000 manat təşkil edir. Beləliklə məhkəmədə müəyyən olundu ki, ünvan 3 saylı ünvanda yerləşən 0,0207 hektar torpaq sahəsində yerləşən 77.5 kv.m yaşayış evi mülkiyyət hüququ üzrə 1/3 hissəsi İddiaçı və 2/3 hissəsi isə X5 adına qeydiyyata alınmışdır. Sözügedən həyətda olan 1 mərtəbəli, ümumi sahəsi 37,75 kv.m-dən ibarət fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı məhkəmə iclasında gəlini olan Cavabdeh fərdi yaşayış evinin ona aid hissəsində istifadə hüquqlarının tanınmasına razı olduğu üçün Mingəçevir şəhər məhkəməsinin 2(051)-521/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X10, X11 və Cavabdeh ünvan 6 saylı evə istifadə hüququ tanınması qət edilmişdir. Hazırda İddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdeh və onun azyaşlı övladlarının sözügedən mübahisəli fərdi yaşayış evindən 5000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya kimi 5000 manat məbləğində pul təklif etməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Belə ki, mübahisəli həyətyanı torpaq sahəsində iki fərdi ev vardır. Evlərdən bir 2 otaqlı digəri isə 4 otaqlıdır. Evlər bir-birindən xeyli uzaqdır və tərəflərin həmin həyətdə bir-birindən xeyli aralıdır. Cavabdehin himayəsində iki nəfər azyaşlı uşaqları vardır və iddia təmin ediləcəyi təqdirdə uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur. Cavabdeh göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 5000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. İki uşaqdan cəmi üç nəfərdən ibarət ailə üzvünün 5000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehlərin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehlərin istifadə hüququnun yaranma müddəti, cavabdehlərin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehlərin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehlərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Bundan başqa qətnamə qəbul olunarkən uşaqlar barəsində görülən bütün tədbirlər də uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməli, uşaqların hüquqları daha üstün tutulmalı, hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalı və dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. İş materiallarından da görünür ki, cavabdehin himayəsində iki nəfər azyaşlı uşağı var və onların digər yaşayış yerləri yoxdur. Odur ki, məhkəmə hesab edir ki, azyaşlı uşaqların da mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı “5000 manat kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-494/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-494/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver