Məhkəmə qərarları › İş №2(051)-495/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-495/2022

25.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-495/2022 25.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1979-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində doğulmuş X4 onun qızıdır. X4 ruhi xəstə olmaqla xx.xx.1986-cıildən Mingəçevir Rayonlarası Psixo-Nevroloji Disponserdə “Ağır dərəcəli qulluq və müalicə tələb edən ciddi davranış pozğunluqları ilə” diaqnozu ilə qeydiyyatdadır. Qızının daimi kənar şəxslərin köməyinə ehtiyacı vardır. O öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. O hərəkətlərinə cavabdehlik daşımır. Qızı xəstə olduğundan onun edəcəyi hər bir hərəkət etibarsız sayılır və buna görə onlar bilavasitə məsuliyyət daşıyacaqlar. Ona görə də məhkəmədən qızı xx.xx.1979-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyəti Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X1 nikahı 09 may 1978-ci ildə Bərdə rayon Ləmbəran kənd sovet nümayəndəliyində 473222 № ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 71 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.11986-cı ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə “Ağır dərəcəli əqli gerilik Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu” ilə qeydiyyatdadır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 190 saylı rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X4 onda müəyyən edilən “Orta dərəcəli əqli gerilik Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında X3 Ərizəçi qızı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını, başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini və onun ruhi xəstəliyə məruz qalmasını nəzərə alıb hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar