Məhkəmə qərarları › İş №2(051)-522/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-522/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-522/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PH-in 17 saylı Yevlax Ərazi İdarəsini cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-609 F KOD 90200002 saylı şəhadətnamənin mərhum X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 609F nömrəli şəhadətnamə əsasında 0,14 hektar torpaq sahəsi mərhum həyat yoldaşı X5 məxsus idi. Bununla bağlı ərizəçilərə “JN-609F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin qeyd olunan şəhadətnamədə göstərilən ‘‘X10” ilə doğum haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə göstərilən “X11” adları arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən şəhadətnamədə “Vüsal Saməddin oğlu” adı “Vüsal Şaməddin oğlu” kimi yazılmalı idi. Əlavə olaraq şəhadətnamədə göstərilən “X16” ilə şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” adları arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən şəhadətnamədə “X16” adı “Ərizəçi1” kimi yazılmalı idi. Əlavə olaraq şəhadətnamədə göstərilən “X3” ilə şəxsiyyətə vəsiqəsində göstərilən “Ərizəçi2” adı arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən şəhadətnamədə “X3” adı “Ərizəçi2” kimi yazılmalı idi. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan yalnışlıq onlara mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, “JN-609F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara yəni mərhum X5, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri PH-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirdi ki, o, ünvan 2 ünvanda yaşayır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uzun müddətdir ki tanıyır. Belə ki, o, həmin ünvanda 30 ildən çox yaşayır, ərizəçi ilə qonşudur və ərizəçi Niyar Əyyubova həmin ailəyə 1990-cı ildə gəlin köçmüşdür. Niyarın əri Vüsal vəfat etmişdir. Digər ərizəçi Tamella, Vüsalın bacısıdır və Niyarın baldızıdır. Ərizəçilərin Niyaz adlı qohumları olmamışdır. Şaməddin Niyarın qaynatası, Tamellanın atasıolmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, o, ünvan 3 ünvanda qeydiyyatdadır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 uzun müddətdir ki, tanıyır. Ərizəçi1 mərhum Vüsal Eyyubovun arvadıdır, digər ərizəçi isə Tamella Eyyubova mərhum Vüsal Eyyubovun bacısıdır. Onların Niyaz adlı qohumları olmamışdır. Məhkəmə ərizəçilərin, şahidlərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş sənədlər: АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxx 1970-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası-X7, anası-X8r; ИЕ seriyalı 709865 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1952-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası- X13, anası- X9r; АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 01 aprel 1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası- X13, anası- X9r; İV-ЖГ seriyalı 463267 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X6 arasında xx.xx.1990-cıil tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eyyubov arvada Eyyubova soyadı verilmişdir; Mingəçevir regional “Asan” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 107274 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Eyyubova X4 şəhəri 2-ci Günəş döngəsi ev 23 ünvanda qeydiyyatdadır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Əyyubova X1 şəhəri 2-ci Günəş döngəsi ev 23 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-2-E-0009- 8/2023 saylı məlumata əsasən torpaq sahələrinə dair huquq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmılakın Dövlət Kadastrı və Reyestri PH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 3-21-3-60/2-704/2024 saylı arxiv sənədlərindən görünür ki, JN- 609 F KOD 90200002 saylı Mingəçevir şəhər X2 xx.xx.2000-ci il tarixli qərarına əsasən X5 0.14 ha torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün cəmi 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 6-cı maddəsinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-609 F KOD 90200002 saylı şəhadətnamənin X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı barədə ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-609 F KOD 90200002 saylı şəhadətnamənin X5, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhəri Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar