Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-530/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi) dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi1 və Ərizəçi2 dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi2 dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edrərək imtina cavabı alsa da, digər Ərizəçi1 Şahin qızı müvafiq sənədi əldə etməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi faktların müəyyən edilməsi tələbinə dair işlərə ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır. Belə ki, Ərizəçi2 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda məhkəmə qeyd edir ki, sonuncu Yevlax rayon Məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçilər yuxarıda müəyyən edilən nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət edə bilər. Odur ki, ərizəçilər tərəfindən natamam ərizə məhkəməyə ünvanlanması əsassızdır. Bu hal ərizənin məhkəmə tərəfindən geri qaytarılmasına əsasdır. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu Ərizəçi1 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-530/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-530/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver