Məhkəmə qərarları › İş №2(051)-548/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-548/2020

06.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-548/2020 06.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X4 onun doğma qızıdır. O, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Qızı Lalə İ qrup əlildir. O öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Bunu qonşuları da təsdiq edə bilərlər. Həmçinin o hazırda da müalicə olunur. O hərəkətlərinə cavabdehlik daşımır. Hesab edir ki, onun işlərini idarə etmək üçün ona qəyyum təyin olunmalıdır. O isə xəstə olduğundan onun edəcəyi hər bir hərəkət etibarsız sayılır və buna görə onlar bilavasitə məsuliyyət daşıyacaq. Ona görə də, xx.xx.1994-cü il təvəllüdlü qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X4 xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi xx.xx.1963-ci ildə Yevlax rayon, Xanabad kəndində anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Ambulator xəstənin tibbi kitabçasından görünür ki, X4 həqiqətən İ qrup əlildir. İşə əlavə olunmuş Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin arayışından görünür ki, X4, ünvan 4 ünvanında yaşayır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə X3 xx.xx.2020-ci il tarixli 308 №-li rəyindən görünür ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan xəstə olmaqla ona əvvəəllər müavinət, sonralar isə birinci qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərində oxumaması, oxumaq və yazmaq vərdişlərini əldə etməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, X1 xx.xx.2002-ci il tarixdən “Çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə, uşaq serebral iflici ilə əlaqələnmiş. Enurez, enkoprez” diaqnozu ilə qeydiyyatda durması, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluğu müşahidə olunması, (bələdliyinin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafa baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının parçalanması, təfəkkürünün yox dərəcəsində olması, oxumaq ,yazmaq və dişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində kobud qüsur aşkar edilməsi, İQ=18% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında X2 Ərizəçi qızı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx xxxxxx 1994-cü ildə doğulmuş və ünvan 5 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar