Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-548/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi RQİİ-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçın iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun, yəni İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 38 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 1078 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 38 saylı fərdi yaşayış evində yaşayır. Ailə üzvü olan qoca əri Həsənlə birlikdə yaşayır. Evləri həyət evidir. Həyətyanı sahəsi də vardır. Evlərinə aid olan qaz sayğacı evin, həyətin qapısından çöldə quraşdırılmışdır. Hər ikisi yaşlı qoca adamlardır, əri avtonəqliyyat hadisəsindən ayağı sınmış, hasa ilə gəzir. Elə olur ki, biz 2-3 gün evin qapısından bayıra çıxmırlar. Evləri bazarın gur yerinə yaxındır. Həyətin çölündən yük maşınları, başqa qabaritli maşınlar hərəkət edir. Qeyd elədiyi kimi onun evi üçün nəzərdə tutulmuş qaz. sayğacı həyətdən çöldə hasara bərkidilmişdir. Bir dəfə də bazardan çıxan maşınlardan biri hasara toxunmuş, hasardan mişar daşını salmışdır. Qaz istismarı sahəsinin işçilərinin təqdim etdikləri bildirişə əsasən istehlak olunan qazın pıılıı ödənilmişdir. Heç bir məlumatları olmadan həyətdən çöldə qaz. sayğacına baxış keçirilmiş, sayğacın qapağının sınması müəyyən edilmişdir. Ona bildirdilər ki, sayğacın qapağı sınıb, başqası ilə əvəz, edəcəklər, oda də razılaşdı. Sayğacı söküb apardılar. Aradan müəyyən müddət keçdikdən sonra bildiriş veriləndə gördü ki, 1078 manat əlavə pul yazılmışdır. Bildiriş verən qaz istismarı sahəsinin işçisindən soruşduqda bildirdi ki, onlara akt tərtib edilmişdir. Çox çətinliklə təxminən beş gün bundan əvvəl əri Həsən axsaya-axsaya həmin aktı əldə edə bilmişdir. Aktda nə yazılıb bele oxunmur. Sayğac başqa sayğacla əvəz etmiş, yeni sayğacın göstəricilərinə uyğun olaraq bildiriş əsasında istehlak elədikləri, qazın pulunu ödəmişlər. Onu da qeyd edir ki, üç gündən bir “Azəriqaz” İstehsalat Birliyinin işçiləri sayğaca baxış keçirirdilər. “Azəriqaz.” İstehsalat Birliyinin əməkdaşları tərəfindən (larixsiz) ******* JNl'li akt təri olunmuş, aktda nə göstərildiyi məlum deyil. O, görüb oxuya bilmir. yaşlı adamlardılar, onlara haram heç nə lazım deyil. Nə istifadə etmişlər, onun da pulunu ödəmişlər. ******* JMöli aktda sayğaca müdaxilə göstərilmir, şüşənin sınması göstərilir. Şüşəni sayğaca baxıb göstəricini yazan şəxs də sındıra bilər. Həyətin çölü ilə hərəkət edən maşınlar da edə bilər. Ümumiyyətlə demək olar ki, o, və əri neçə illərdir ki, sayğacda olan rəqəmlərə belə baxmırlar, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bildiriş verir, onun əsasında da pulu ödəyirlər. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının qanunsuz, hərəkətlərini nəzərə alıb Aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi, ədalətli araşdırmadan sonra Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-2162/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbim təmin edildi. ünvan 1 ünvanda yaşayan abonent. İddiaçı barəsində tərtib olunmuş ******* saylı aktın ləğv edilməsi qəl edildi. Sonradan “Azəriqaz” X1 Şəhər Məhkəməsinin 2(051)- 2162/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, apelyasiya instansiya məhkəməsində araşdırmadan sonra belə bir nəticəyə gəlinmişdir ki, akt hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Şəki Apelyasiya Məhkəməsinin 2( 107)- 532/2019 saylı 31 yanvar 2019-cu il tarixli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-2162/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ******* saylı aktın ləğv edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2( 107)-532/2019 saylı 31 yanvar 2019-cu il tarixli qərardadından məlumatı olmamışdır, elə hesab elmiş ki. akt ləğv olunub, borcum silinmişdir. Onun evinə Smart tipli sayğac quraşdırıldı. Kart vasitəsi ilə qaz üçün pul yüklədikcə ödədiyi pulun əlli faizni əvvəlki borca çıxılır. Acınacaqlı vəziyyətdir, 50 manat pul yüklənir 25 manatını borca çıxırlar. Onun heç bir borcum olmadığı halda “Azəriqaz” İstehsalat Birliyinin özbaşınaqlığı səbəbindən onlar qazsız qalmışlar, karla yükləmə apara bilmirlər ki, yarısını borca çıxacaqlar. Ona görə də məhkəmədən onun, yəni İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 38 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 1078 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İB-nin RQİİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmıəsinı baxmayaraq, o məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiuaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş **********00000 nömrəli Abonentin Saldosundan görünür ki, İddiaçı 2021-ci il tarixinə 1078 manat borcu olduğu göstərilir. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 38 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı «Azəriqaz» X2 X3 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Akt tərtib olunan zaman «Azəriqaz» X2 X3 İdarəsinin əməkdaşları tərəfindən sayğac üzərində əsaslı xəsarət akşar olunmamış. Bundan başqa, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildə deyil mənzildən kənarda qurlaşdırılmışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu hal öz növbəsində iddiaçının qaz sərfiyyatının normal olmasını və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmadığı qənaətinə gəlməyə əsas verir. Sayğacda olan müdaxilənin (yəni sayğacın qoruyucu ekranının qırılması) iddiaçı tərəfindən olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox mənzildən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı adına Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 38 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 1078 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-548/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-548/2022
25.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver