Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-553/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, onun vəkili X1 iştirakı ilə sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri R.Rza küçəsində yerləşən 16 saylı evin 17 saylı mənzili mülkiyyət hüququ əsasında mərhum Gözəlov Saleh Məhəmmədəli oğlunun adına qeydə alınmışdır. Mərhum Saleh Gözəlov əridir. Gözəlov Saleh Məhəmmədəli oğlu ilə nikahlarını xx xxxxxxxx 1973-cü ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından dörd nəfər uşaqları olmuşdur. Əri vəfat edənə kimi qeyd edilən mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Saleh Gözəlov xx.xx.1994-cü ildə kəskin ürək damar çatışmamazlığından ölmüşdür. Əri Gözəlov Saleh Məmmədli oğlunun adına verilmiş xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsində ata adı düzgün göstərilməmiş, səhvən Gözəlov Saleh Məhəmmədəli oğlu kimi qeyd edilmişdir. Hazırda mərhum əri Gözəlov Saleh Məmmədəli oğlundan miras qalmış mənzilin sənədləşdirilməsi zərurəti yaranmışdır. Lakin mərhum əri Saleh Gözəlovun ata adının mənzilə dair Qeydiyyat vəsiqəsində düzgün qeyd edilməməsi üzündən əmlakın sənədləşdirilməsi məsələsinin həllində müəyyən çətinlik yaratmışdır. Qeydiyyat vəsiqəsinin Gözəlov Saleh Məmmədəli oğluna məxsus olması barədə sənədi başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 17 saylı mənzilinə dair xx.xx.2000-ci il tarixli 311a saylı Qeydiyyat vəsiqəsinin Gözəlov Saleh Məmmədəli oğluna məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən edilməsi ona mirasın qəbul edilməsi üçün lazımdır. Ərizəçi vəkili X2 da ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsinin məhkəmə baxış iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Şahid Gözəlova Firuzə Cahangir qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşu olub, ərizəçinin mərhum əri Salehi yaxından tanıyırdı. Ərizəçi əri Salehlə birlikdə R.Rza küçəsi 16 №-li evin 17 №-li mənzilində yaşayırdı. Ərinin ölümündən sonra da ərizəçi həmin mənzildə yaşayır. Bilirdi ki, Salehin atasının adı Məmmədəli olub. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi qonşusudur, onları yaxından tanıyır. Ərizəçinin əri ilə söhbət edəndə bilmişdir ki, onun atasının adı Məmmədəlidir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşə əlavə olunmuş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri R.Rza küçəsi 16 №-li evin, 17 №-li mənzili mərhum Gözəlov Saleh Məhəmmədəli oğlunun adına qeydə alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Gözəlov Saleh Məmmədəli oğlu ilə X5 arasında xx xxxxxxxx 1973-cü ildə 27 №- ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Gözəlova soyadı verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gözəlov Saleh Məmmədəli oğlu xx xxxxx 1994cü ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhəri R.Rza küçəsi 16 №-li evin 17 №-li mənzili ərizəçinin əri Gözəlov Saleh Məmmədəli oğlunun adına qeydə alınmışdır. Lakin mənzilə dair Qeydiyyat vəsiqəsində ərizəçinin ərinin atasının adı Məmmədli əvəzinə Məhəmmədli yazılmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən mənzilin və mənzilə dair Qeydiyyat vəsiqəsinin ərizəçinin əri Gözəlov Saleh Məmmədli oğluna məxsus olması müəyyən edildi. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 17 saylı mənzilinə dair xx.xx.2000-ci il tarixdə reyestr kitabında 311a nömrə də qeydə alınmış Qeydiyyat vəsiqəsinin Gözəlov Saleh Məmmədəli oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-553/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-553/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver