Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-565/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. İndiyədək yaşadığı evdə təbii qazdan istifadə etmiş və vaxtlı- vaxtında aylıq ödənişlərini etmişdir. Bu müddət ərzində qaz sayğacı normal şəkildə işləsə də, onun yeri, mühafizəsi və dayanıqlığı barədə Mingəçevir Qaz İdarəsinə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin bütün müraciətləri cavabsız qalmışdır. Qaz sayğacı ilə onun mənzilinin içində deyil, binanın blokunda yerləşir, yəni sayğac onun nəzarətindən kənardadır. Hətta Qaz İdarəsinin əməkdaşlarına dəfələrlə bildirmişdir ki, sayğac xüsusi qoruyucu vasitə ilə örtülməlidir ki, kənar təsirlərdən qorunsun. Lakin İdarə əməkdaşları onun bu iradlarına da cavab verməmişlər. Bir ay öncə həmin sayğacda problemlər baş verdi, elə həmin vaxt o, Mingəçevir Qaz İdarəsinə zəng edib, əməkaşları çağırdı. Qaz idarəsi işçiləri müəyyən texniki işlər gördükdən sonra, nasazlığı aradan qaldırdılar və bildirdilər ki, problem həll olundu. 19 dekabr 2023-cü ildə X1 əməkdaşları sayğaca baxış keçirmiş və ******* nömrəli 19 dekabr 2023-cü il tarixli MSK - 14-2-2-3-5-110911/0001 saylı Akt tərtib etmişlər. Həmin Aktda qeyd edilmişdir ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxilində əzik cızıqları”. Sayğaca baxış keçiriləndə və Akt tərtib olunanda sayğacın məhz onun və ya ailə üzvlərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşanda bu suala belə cavab verdilər ki, “təbii haldır, abonentin günahı deyil”. Bundan sonra, Qaz İdarəsinin əməkdaşları ona bildirdilər ki, narahat olmayın özümüz yeni sayğac quraşdıracayıq və məsələ həll olunacaq. Lakin 2024-cü ilin yanvar ayı üçün aylıq borc xəbərdarlığı gələndə ona məlum oldu ki, 777 manat 60 qəpik borcum var. Həmin borcun hansı səbəbdən yaranmasını öyrəndikdə ona bildirdilər ki, “problem köhnə problemdir, ötən ay sayğacda problem yarandığına görə tərtib olunan Akta görə cərimə yazılıb”. Hətta həmin vaxtı belə həmin problemin səbəbini izah etməmişlər. O, indiyə kimi qazdan istifadə ödənişlərini vaxtlı- vaxtında etmişə, təqvim ili ərzində aylıq ödənişin 10-15 manat, qış aylarında ən çoxu 30 manat civarında olmuşdur. Bunu Abonent saldosundan da görmək olar. Həmin aktın tərtib olunmasında Qaz İdarəsinin 3-4 əməkdaşı iştirak etmiş və imzalamışlar. Ümumiyyətlə həmin vaxt heç kim onun və ya ailə üzvlərinin sayğaca müdaxiləsini sübuta yetirməmişdir və buna görə də 777.6 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istər ki sayğac çıxarılan zaman Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən ona məhz onun və ya ailə üzvləri tərəfindən müdaxilə olunması aşkar edilməmişdir. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 777.60 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Bu gün həmin Aktla ona əsassız və qanunsuz olaraq yazılan borcun məbləği 777 manat 60 qəpikdir. Onun oğlu Rəhimov Nail oğlu X2 və 2023-cü ilin Sentyabr ayında keçirilmiş Antiterror əməliyyatının iştirakçısıdır. Bundan əlavə, yaxın qohumları və ailə üzvlərindən də X2 şəhidi var. O, həmin aktı və ona yazılmış borcu əsassız hesab edir. Odur ki, borcun silinməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan 28 dekabr 2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən İddiaçı 20 Yanvar küçəsi ev 22, mənzil 32 ünvanda yerləşən mənzilə qazın verilişinə başlanmışdır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 06 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, ******* nömrəli qaz sayğacı 13717454 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 12930524 nömrəli plomb vurulmuşdur. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 dekabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib zədələnərək sayğac istismara yararsız olduğu aşkar olunmuşdur. İşdə olan dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı Akta əsasən 6480 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İşdə olan Abonentin Saldosundan görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 22, mənzil 32-də yerləşən mənzil İddiaçı adına quraşdırılmış 13717454 №li qaz sayğacına 2023-cü ilin dekabr ayına 777,60 manat qalıq borc hesablanmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən ******* nömrəli qaz sayğacı 13717454 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 12930524 nömrəli plomb vurulmuşdur. Sonradan İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilmişdir. Həmin baxış zamanı sayğacın sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib zədələndiyi aşkar olunmuşdur. 13717454 №li qaz sayğacına 2023-cü ilin dekabr ayına 777,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 2023-cü il dekabr ayına hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna iddiaçının aidiyyəti olmadığından, cavabdeh hüquqi şəxsin subyektiv hüququ iddiaçı tərəfindən pozulmadığından, cavabdeh hüquqi şəxs tərəfindən yazılmış 777,60 manat borc pul silinməlidir. Azərbaycan Respublikasının MPM–in 77.1–ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə (Abonent kodu: **********00320) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləği silinsin Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-565/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-565/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver