Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-57/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4 oğlu və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 oğlu iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzili almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 13.01.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılmışdır, eləcə də Çıxarışla iddiaçı ”Unibank” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixdə “ASAN 1”-dən əldə edilən ******* №li arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadılar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə əvvəlki mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında mübahisəli evlə bağlı heç bir razılaşma yoxdur. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və onun ailə üzvlərinin Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində qeydiyyatda olmaları və orada yaşamaları qeyri-qanunidir. İddianın təmin olunmasını, cavabdehlərin iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə istifadə hüquqlarının xitam verilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh, eləcə də digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirdi ki, X1 iddiaçı "xxxx" KB ASC-dən aldığı kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olmuş Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzili ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmışdır. Hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka saxlayan "xxxx" KB ASC Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən Cavabdeh1 məxsus 58 saylı mənzili 12750 manata almışdır. Cavabdeh1 onun anasıdır. Başqa yaşayış yerləri olmadığına görə həmin mənzildən çıxmamışlar. İddiaçı "xxxx" KB ASC-nin həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə tələbi ilə razı deyil, borcu hissə-hissə ödəmək və bankla razılığa gəlmək istəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən isə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan hərracın nəticələri haqqında Y – 58/1 №li 24 iyun 2020-ci il tarixli yekun protokolun surətindən görünür ki, keçirilən iki hərrac baş tutmağına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən Cavabdeh1 məxsus 58 saylı mənzili 12750 manata almışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzili 13.01.2021-ci ildən "xxxx"KB ASC-nin mülkiyyətindədir. İşə əlavə olunmuş “ASAN 1”-dən verilmiş ******* № li 25.02.2021-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilində Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 iddiaçı "xxxx" KB ASC-dən aldığı kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olmuş Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzili ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmış, lakin hərracda satılmadığına görə ipoteka predmeti olan mənzil "xxxx" KB ASC-yə təklif edilmişdir. İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış və mülkiyyət hüququ əldə edilmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar və həmin mənzildə qeydiyyatdadırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış ərazisinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1. maddısinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, cavabdehlərin Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməklə mənzilə istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. Göstərilənlərə görə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26 ünvanında yerləşən 58 saylı mənzilinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-57/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-57/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver