Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-571/2021 22.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” MMC-nin direktoru A.F.Əlləzova qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 4 ay müddətinə ona ödənilməyən 2000 manatın maddi mənəvi ziyana və kompensasiyaya görə 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 4030 manatın cavabdehdən alınıb öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC şirkəti ilə xx.xx.2020-ci il tarixdən, xx.xx.2022-ci ilə kimi əmək müqaviləsi bağlanmışdır. Onun işinin mahiyyəti “Azərbaycan İstilik Elektrik Stansiyasında” yenidənqurma işləri ilə əlaqədar “xxxx” MMC-ə aid olan su təmizləyici qurğuları işində menecer kimi işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qeyri qanuni olaraq şəxsi ərizəsi olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. O, “xxxx” MMC-dən ərizənin və əmrin surətini tələb edərkən heç bir cavab ala bilməmişdir. Məcbur olub Azərbaycan Respublikasının prezidentinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Müraciəti əsasında Dövlət Əmək Müfəttişliyindən xx.xx.2020-ci il tarixdə məktub göndərilmişdir. Ona görə də “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 4 ay müddətinə ona ödənilməyən 2000 manatın maddi mənəvi ziyana və kompensasiyaya görə 2000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 4030 manatın cavabdehdən alınıb öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılmalı olduğundan aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh “xxxx” MMC ünvan 1 ünvanda yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, həmin mülki iş başqa məhkəmədə baxılmağa verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 263, 264, 268, 269, 395 və 396-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “xxxx” MMC-nin direktoru A.F.Əlləzova qarşı « əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması » tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-571/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-571/2021
22.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver