Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-581/2022 22.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs: Mingəçevir Şəhər X1 nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Baxışova X6 şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, 15.12.1970-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Konsensus vəkil bürosunun vəkili X9 22.02.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, vəkili və nümayəndəsi olduğu X2 Bəxtiyar Veysəl oğlunun arvadıdır və məhkəmədə ərinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Bununla belə ərizəçi eyni məzmunlu tələblə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, mülki işin baxılmamış saxlanması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin və maraqlı şəxs Mingəçevir Şəhər X1 nümayəndələri ərizənin baxılmamış saxlanmasına etiraz etmədilər. Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri, həmçinin X7 nümayəndəsi tərəfindən yazılmış 22.02.2022-ci il tarixli ərizəni və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, iş üzrə ilkin araşdırma zamanı, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olundu ki, X5 arvadı X10 eyniməzmunlu tələblə məhkəməyə müraciət etmiş və həmin mülki iş hazırda 2(051)- 742/2022) nömrə ilə məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki iş baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi 15.12.1970-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elekton Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev.
Məhkəmə qərarları › İş №2(051)-581/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-581/2022
22.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver