Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-584/2020 03.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 dekabr 2000-ci il təvəllüdlü x2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki,12 dekabr 2000-ci ildə Mingəçevir şəhərində doğulmuş x4 onun oğludur. x10 04 sentyabr 2007-ci ildən Mingəçevir şəhər Psix-Nevroloji Dispanserində “ağır dərəcəli əqli gerilik, ÜSİ ilə əlaqələnmiş, nitqin qüsuru və karlıq, enurez və enkoprez diaqnozu ilə qeydiyyatdadır. Oğlu ümumi xəstəliyə görə müddətsiz olaraq İ dərəcəli əllidir. Məhəmməd Bilalov öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Ona görə də oğlu x2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxımasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 dekabr 2000-ci il təvəllüdlü x2 valideynləri x7 və Ərizəçidır. İşə əlavə olunmuş Mingəçevir şəhər Mingəçevir Kommunal Təsərrüfat İstehsalat Birliyinin 03.01.2020-ci il tarixli, 101 saylı arayışından görünür ki, x1 şəhəri H.Əliyev prospekti 84/1 mənzil 81 ünvanında yaşayır. Ərizəyə əlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserinin 03 fevral 2020-ci il tarixli, 211 saylı arayışından görünür ki, x4 04 sentyabr 2007-ci ildən hazırki vaxtadək “ağır dərəcəli əqli gerilik, ÜSİ ilə əlaqələnmiş, nitqin qüsuru və karlıq, enurez və enkoprez” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İşə əlavə nikah haqqında şəhadətdətnamədən görünür ki, x6 ilə Ərizəçi arasında olan nikah 07 yanvar 2009-cu ildə 02 sayla pozulmuşdur. İşdə olan məhkəmə-psixiatriya ekspertizasının 05.06.2020-ci il tarixli, 296 saylı rəyində göstərilir ki, x4 “orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozğunluqları,uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən x4 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında 12 dekabr 2000-ci il təvəllüdlü x2 Ərizəçinun oğlu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, x4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216- 220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin olunsun. 12 dekabr 2000-ci ildə ünvan 3 ünvanda qeydiyyatda olan x4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-584/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-584/2020
03.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver