Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-592/2023 22.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi iştirakı ilə İddiaçı Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə ona verilmiş Mingəçevir şəhərində yerləşən 0.08 ha torpaq sahəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yerləşən 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-3377A KOD-90200002 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onun adınadır. Ona verilmiş dövlət aktında səhvlik olması hazırda aşkar edilmişdir. Belə ki, onun soyadı Abdullayeva olduğu halda səhvən Əsgərova kimi yazılmışdır . Mövcud yalnışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin orqan tərəfindən onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Hesab edir ki, həmin dövlət aktının ona məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1958-ci il tarixdə X6 ilə X7 birgə nikahından doğulmuşdur. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 ilə X10 arasında xx.xx.1972-ci il tarixdə Ağdaş rayon, Aşağı Nemətabad kənd icra nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 19 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-3377A KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə X2 Mingəçevir şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********33 saylı məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.08 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3377A KOD90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında verilmişdir. Lakin həmin sənəddə X1 səhvən “Əsgərova” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3377A KOD90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında mülkiyyət hüququ ərizəçilərə məxsusdur, həmin sənəddə yazılmış “X5” nın soyadı “X8” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3377A KOD90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3377A KOD90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3377A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-592/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-592/2023
22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver