Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-593/2023 06.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi,Vəkil Nemət qızının iştirakı ilə sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx xxx 1957-ci ildə Yevlax rayonu Şilyan kəndində anadan olmuşdur. Həmin vaxt soyadı İsayeva, adı Qəribə, ata adı Nəsif olmuşdur. 14 oktyabr 1977-ci ildə X3 ilə nikaha girib, ərinin soyadı olan Nəsrullahova soyadını qəbul etmişdir. Həmin vaxtdan o, Nəsrullahova soyadını daşıyır. Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunda 23 iyun 1995-ci ildə rəsmləşdirməklə ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili öz adına özəlləşdirmişdir. Həmin vaxtdan da həmin ünvanda qeydiyyatdadır. Həmçinin ailə üzvləri də həmin ünvanda qeydiyyatdadırlar. Ancaq ona məlum olmayan səbəbdən həmin mənzillə bağlı İnventarlaşdırma Bürosundan ona verilən 26 iyun 1995-ci il tarixli qeydiyyat vəsiqəsində soyadı Nəsrullayeva kimi qeyd edilmişdir. Hazırda həmin idarə mövcud deyildir. O, mülkiyyət hüquqlarına dair Çıxarış almaq istəyir. Həmin halın müəyyən olunmasını başqa cürə əldə edə bilmir. Ərizənin təmin olunmasını, Mənzil Kommunal Təsərrüfatı Komitəsi «X1 tərəfindən 26 iyun 1995-ci ildə Mingəçevir şəhəri Təbriz (hazırda Naxçıvan) küçəsi 50/2 saylı evin 48 saylı mənzilinə dair X4 adna verilən qeydiyyat vəsiqəsinin və mənzilin texniki pasportunun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkündür. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır. Onun soyadı Nəsrullahovdur. Nikahdan sonra Qəribə onun soyadını qəbul etmişdir. Lakin sənəddə səhvən ərizəçinin soyadı Nəsurllayev yazılmışdır . X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Qəribə ilə 1979-cu ildən qonşudur. Bilir ki, ərizəçinin soyadı Nəsrullahovadır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, təmin edilməlidir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X16 arasında 14 oktyabr 1977-ci ildə Yevlax rayonu Şilyan kənd sovetliyində 17 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Nəsrullahova soyadını qəbul etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı ”Nəsrullahova”dır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin ərizəçiyə ünvanlanmış 19 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdrəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən “X8” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” qızı adları arasında uyğunsuzluq olduğuna göə Dövlət reyestrindən Çıxrış və texniki pasport verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş Mənzil Kommunal Təsərrüfatı Komitəsi «X1 tərəfindən 26 iyun 1995-ci ildə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi 50/2 saylı evin 48 saylı mənzili X4 adına verilib. İşdə olan X11 filialının xx.xx.2022-ci il tarixli 809 saylı arxiv arayışında göstərilir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 26 oktyabr 1989-cu il tarixli 420 saylı qərarında Q.N.Nsurllayevanın adına ev bölgüsü qeyd edilmişdir. İşdə olan Mənzil Kommunal Təsərrüfatı Komitəsi «Aztexinventarlaşdırma İstehsalat idarəsinin 17 may 1993-cü il tarixli 2 №-li texniki pasportundan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi 50/2 saylı evin 48 saylı mənzili 26 iyun 1995-ci ildə X5 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mənzil Kommunal Təsərrüfatı Komitəsi «X1 tərəfindən 26 iyun 1995-ci ildə verilmiş Mingəçevir şəhəri Təbriz (hazırda Naxçıvan) küçəsi 50/2 saylı evin 48 saylı mənzilinə dair Qeydiyyat vəsiqəsi və mənzilin texniki pasportunda Ərizəçi adı düzgün qeyd edilməyərək X9 yazılmışdır. Ona görə də ərizə təmin olunmalı, qeyd edilən qeydiyyat vəsiqəsinin və mənzilin texniki pasportunun Ərizəçi aid olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Mənzil Kommunal Təsərrüfatı Komitəsi «X1 tərəfindən 26 iyun 1995-ci ildə verilmiş Mingəçevir şəhəri Təbriz (hazırda Naxçıvan) küçəsi 50/2 saylı evin 48 saylı mənzilinə dair Qeydiyyat vəsiqəsi və mənzilin texniki pasportunda Qəribə Nəsrullayevanın soyadının Ərizəçi aid olması, həmin qeydiyyat vəsiqəsi və mənzilin texniki pasportunun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-593/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-593/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver