Məhkəmə qərarları › İş №2(051)-595/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-595/2022

08.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-595/2022 08.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs1 yanında Qəyyumluq və Himayəçilik orqanın etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 27 mart 2003-cü il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, oğlu 27 mart 2003-cü il təvəllüdlü X5 İİ dərəcəli əlildir. O, davranışın digər pozuntusu, orta dərəcəli əqli gerilik, nevrotik reaksiyalarla və hərəkət oyanıqlığı ilə, davranışın digər pozuntusu, yanaşı xəstəliklər-F84 Psixoloji inkişafın ümumi pozğunluğu, Uşaq autizmi, Kanner sindromu, Orta dərəcəli əqli dərəcəlik, nevrotik reaksiyalarla və hərəkət oyanıqlığı diaqnozu ilə əziyyət çəkir. Psixi qüsurun nəticəsində oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsini və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verir. Onun elədiyi hərəkətlərin hüquqi əhəmiyyət verməsi üçün mütləq onun qəyyumu təyin olunmalıdır. Hazırkı ərizəni verməyinin əsas səbəbi bundan ibarətdir. Prosesual hüquq normasının tələbinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş yalnız yaxın qohumlar olan valideynlərin, uşaqların, qardaşbacıların ərizəsi, həmçinin müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixinevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik orqanın etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş rəy ilə razılaşır. 27 mart 2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 27.03.2003-cü il təvəllüdlü X5 ikinci dərəcəli əlildir. Diaqnozu – davranışın digər pozuntusu, orta dərəcəli əqli gerilik, nevrotik reaksiyalarla və hərəkət oynaqlığı ilə, davranışın digər pozuntusu. Yanaşı xəstəliklər F84 Psixoloji inkişafın ümumi pozğunluğu, uşaq autizmi, Kanner sindromu. Orta dərəcəli əqli gerilik, nevrotik reaksiyalarla və hərəkət oynaqlığı ilə Əlilliyi müddətsizdir. Əlillik səbəbi ümumi xəstəlikdir. Əmək qabiliyyətsizdir. İşə əlavə edilmiş 12 saylı MİS tərəfindən verilmiş ailə vəziyyəti barədə arayışdan və AZ-İ 278775 №-li Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 27 mart 2003-cü il təvəllüdlü X3 atasıdır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 12.01.2022-ci il tarixli, 70 saylı arayışdan görünür ki, X5 26.09.2009-cu il tarixdən “əqli gerilik, nevrotik reaksiyalarla və hərəkət oynaqlığı ilə. Kanner sindromu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının 19 aprel 2022-ci il tarixli, 238 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1. xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin 27 mart 2003-cü il tarixdə doğulmuş oğlu X5 26.09.2009-cu il tarixdən “ əqli gerilik, nevrotik reaksiyalarla və hərəkət oynaqlığı ilə. Kanner sindromu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1. xəstəliyini keçirdiyindən, hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun daim valideynlərinin nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. X2 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X3 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 19 aprel 2022-ci il tarixli, 238 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X5 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 27.03.2003-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar