Məhkəmə qərarları › İş №2(051)-595/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-595/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-595/2025 02.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs3 sənədin məxsusluğu faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-583F KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2,Maraqlı şəxs3, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər tələbin dəqiqəşdirilməsi barədə ərizə təqdim edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-583F KOD 90200002 saylı şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs3 və Ərizəçi3 məxsus olması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslndırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə X6, X27, X13, Ərizəçi3 və X14 mülkiyyətinə Mingəçevir şəhərində 0.27 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-583F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-583F KOD 90200002 saylı şəhadətnamədə göstərilən “X6” ilə, ölüm haqqında şəhadətnamədəki “Maraqlı şəxs4”, “X27” ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1”, “X19” ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2”, “X23” ilə, şəxsiyyət vəsiqəsindəki “Maraqlı şəxs3”adları arasında uyğunsuzluq mövcuddur. Lakin Daşınmaz əmlakın 17 saylı Yevlax ərazi idarəsindən verilmiş imtina sənədində isə “X6” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2”, “X20” ilə şəxsiyyət vəsiqəsindəki “X27”, “X9” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi3” adları arasında uyğunsuzluq vardır. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 583F KOD 90200002 saylı şəhadətnamədə yuxarıda qeyd olunan adlarda səhvən yazılması səbəbindən torpağa dair şəhadətnamənin onlara məxsus olmasını təsdiq edə bilmir. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyir. Ancaq şəhadətnamədə qeyd olunan yanlışlığa görə bu mümkün olmamışdır. Bununla bağlı onlar şəhadətnamədə qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi müraciət etdi. Lakin, oradan ona məhkəməyə müraciət etmək hüquqları izah olundu. O, JN-583F KOD 90200002 saylı şəhadətnamənin onlara məxsus olması faktını başqa qaydada müəyyən edə bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi1 məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Ərizəçi3 məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Ərizəçi Maraqlı şəxs3 məhkəmə iclası zamanı əsasən ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZ-T seriyalı, 293069 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1996-cı il tarixdə Ərizəçi1 və Maraqlı şəxs2 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə Ərizəçi1 və Maraqlı şəxs2 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə Ərizəçi1 və Maraqlı şəxs2 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1967-ci il tarixdə X4 və X5 birgə nikahından doğulmuşdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Yusifova X7 şəhəri Kür küçəsi ev 24 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3 şəhəri Kür küçəsi ev 24 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Yusufov X11 şəhəri Kür küçəsi ev 24 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 şəhəri Kür küçəsi ev 24 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X1 şəhəri Kür küçəsi ev 24 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan AZ-İİ seriyalı, 408407 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs4 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-583F KOD-90200002 saylı şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə X6, X27, X13, X19, Ərizəçi3, X17 Mingəçevir şəhərində yerləşən 0,27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0,27 ha torpaq sahəsi ərizəçilərin atası X6, X27, X13, X19, Ərizəçi3, X17 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-583F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə ərizəçilər Ərizəçi2 adı “Fazilə” kimi, soyadı “Yusifova” kimi, Ərizəçi1 adı Nizami, soyadı “Yusifov” kimi, Maraqlı şəxs3 soyadı “Yusifov” kimi, Ərizəçi3 adı Zemfira, ata adı Nizami kimi yazılmışdır. Hazırda ərizəçilər sənəddəki ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-583F KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsusdur, həmin sənəddə yazılmış “X18”nın soyadı “Ərizəçi1” kimi və X10 adı “Ərizəçi2” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-583F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-583F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs3 və Ərizəçi3 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-583F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs3 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar