Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-6/2023 06.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Cavabdeh qarşı “dövlətə məxsus torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Mingəçevir şəhəri, ünvan 1 ünvanında özəlləşdirilmiş dövlət müəssisəinin yerləşdiyi 12667 kv. metr torpaq sahəsində qanunsuz olaraq tikilmiş 3 (üç) ədəd hasarlama və 4 (dörd) ədəd fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsininəvvəlki vəziyyətinə qaytarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında əsasnamələri rəhbər tutaraq Agentliyin müfəttişləri tərəfindən monitorinq aparılan zamanMingəçevir şəhəri, ünvan 1 ünvanında fiziki şəxs Cavabdeh məxsus qeyriyaşayış binasının yerləşdiyi özəlləşdirilmiş dövlət müəssisəsinə məxsus 12667 kv. metr torpaq sahəsində qanunsuz olaraq 3 (üç) ədəd hasarlama və 4 (dörd) ədəd fərdi yaşayış evinin tikilməsi faktı aşkar edilmişdir. Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş pozuntu faktını özündə əks etdirən xx.xx.2018-ci il tarixli monitorinq faktı aşkar edilmişdir. Hesab edirlər ki, tikili öz başına olaraq aparılmış əsaslı təmir-tikinti yenidənqurma işləri sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Ona görə də təmsil etdiyi hüquqi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X8 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir şəhəri Samux küçəsi 4C ünvanında yerləşən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin əmlakın yerləşdiyi 19713 kv.m torpaq sahəsi isə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi hazırda onun istifadəsində olduğuna görə həmin əmlakın yerləşdiyi torpaq sahəsindən də o, istifadə etməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1004,0 kv.m, torpaq sahəsi 1,9713 ha olaq torpaq sahəsi üzərində "xxxx" ASC-nin tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********86-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 117 kv.m, olan qeyri yaşayış binasının üzərində Cavabdeh tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş **********86- 06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Texniki Pasportundan əsasən Mingəçevir şəhəri Samux küçəsi 4C ünvanda yerləşən qeyri yaşayış binasının hüquq subyekti Cavabdeh olmaqla yanaşı, 12667.0 torpaq sahəsi də onun sahibliyinə verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Mingəçevir şəhəri Samux küçəsi 4C ünvanında fiziki şəxs Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi 12667,0 kv.m dövlətə məxsus torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsində qanunsuz olaraq 3 hasarlanma və 4 ədəd fərdi ev tikintisi faktı aşkar edilmişdir. İşdə olan 08 may 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 3186 nömrəli arayışa əsasən dövlətin mülkiyyətində olan istifadə hüququ ilə verilmiş 1,9713 ha torpaq sahəsində yerləşən Mingəçevir şəhəri Samux küçəsi 4C ünvanındakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 117,0 kvadat metr, tikinti sahəsi 148,0 kv. Metr olan “B” “Emalatxananı” qeyri yaşayış binasını alıcının mülkiyyətinə verir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdeh Mingəçevir şəhəri, Samux küçəsi 4C ünvanda yerləşən ümumi sahəsi 117 kv.m torpaq sahəsində qeyri yaşayış binasında emalatxana inşa etmişdir. Mingəçevir şəhəri, Samux küçəsi 4C ünvanda yerləşən və ümumi sahəsi 117 kv.m olan əmlak kompleksi müəssisə (qeyri-yaşayış binası) "xxxx" ASC ilə Cavabdeh arasında 8 may 2013-cü il tarixli ******* saylı bağlanmış müqavilə əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdeh əmlak kompleksi müəssisə (qeyri-yaşayış binası) üzərində mülkiyyət hüquqları 25 may 2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Daşınmaz əmlak obyektinə verilmiş texniki pasporta (qeyri-yaşayış binasının mülkiyyətçisinin faktiki istifdəsində 12667.0 kv.m torpaq sahəsinin olması da təsdiqini tapmışdır. Göründüyü kimi artıq uzun müddətdir Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi 12667,0 kv.m dövlətə məxsus torpaq sahəsi istifadəsində və sahibliyində olmuşdur. Lakin sonradan iddiaçı həmin torpaq sahəsində qanunsuz olaraq 3 hasarlama və 4 ədəd fərdi ev tikmişdir. Bu fakt iddiaçı tərəfindən aşkarlanmış və qanunsuz tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə mübahisənin qanuni həll edilməsi üçün nəzərə alır ki, ilk növbədə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinin xarakteri, yəni mülki hüquq və vəzifələrin yaranmasına səbəb əsaslar müəyyən olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə özbaşına tikilinin sökülməsi tələbindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisə olduğundan, həmin mübahisə əmlak və əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla əlaqəli şəkildə tətbiqi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə istinad edilən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olaraq hesab edir ki, hazırda qüvvədə olan mülki qanunvericilik tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş istənilən tikilini özbaşına tikili saymış, yəni həmin şərtlərdən birinin real mövcud olması, tikilinin özbaşına tikili sayılması üçün yetərlidir. Eləcə də mülki qanunvericilik, özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə sərəncam vermək hüququnu istisna etmişdir. Belə olan halda dövlətin mülkiyyətində olan, yaşayış məntəqələri üçün ayrılmış torpaq sahəsində lazımi icazələr almadan, həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa etdirdiyi mübahisəli fərdi yaşayış evi özbaşına tikili sayılmalıdır. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdeh X1 hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, qanunun tələbinə görə cavabdeh tərəfindən lazımi icazə alınmadığından həmin tikili özbaşına tikilidir və həmin tikili üzərində cavabdehin sərəncam vermək hüququ yoxdur. Belə olan halda mülki qanunvericilik özbaşına tikililərin sökülməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. Göründüyü kimi Qanunverici Mülki Məcəllənin qeyd olunan maddəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin maraqlı şəxsləri müraciəti əsasında məhkəmə tərəfindən sökülməsini dispozitiv qaydada müəyyən etsə də, həmin normada özbaşına tikilinin əvəzi ödənilmədən və cavabdehin hesabına sökülməsini imperativ qaydada göstərməmişdir. Bu hal, yəni özbaşına tikilinin əvəzi ödənilmdən və cavabdehin hesabına sökülməsi, yalnız Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinə münasibətdə imperativ qaydada təsbit edilmiş, lakin mülkiyyətində olan torpaq sahəsinə münasibətdə isə həmin qaydaların tətbiqi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə həm Mülki Məcəllənin, həm də Torpaq Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri baxımından qeyd edir ki, hazırkı mübahisə üzrə sökülməsi tələb olunan özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan, hazırkı mübahisəyə Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi istisna olunur. Mülki Məcəllənin 180.4-cü maddəsi isə yuxarıda qeyd edildiyi kimi dispozitiv xarakterli olduğundan, məhkəmə iddiaçını tələbinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, mülkiyyətində olan torpaq sahəsində cavabdehin vəsaiti hesabına inşa edilmiş tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Lakin inşaat norma və qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, cavabdeh tikdiyi tikililərə sərf olunmuş materialların, mübahisəli fərdi yaşayış evində istifadə etdiyi daşınar əşyaların və avadanlıqların sahibidir və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Uzun illər ərzində cavabdeh heç bir aidiyyəti dövlət orqanı və iddiaçı tərəfindən xəbərdarlıq almadan mülkiyyətində olan torpaq sahəsində ailəsi üçün fərdi yaşayış evi inşa etmiş və tikililərdən məqsədli təyinatına uyğun olaraq istifadə etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehlər həmin tikililər hesabına yaşayış ehtiyaclarını təmin etmişlər. Bununla da cavabdehlər həmin ərazidə sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışlar. Cavabdeh hazırkı vaxta qədər özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən onlara qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuşdur. Qeyd olunan bu hallar cavabdehə ev üzərində heç bir mülkiyyət hüququ verməsə də, müəyyən müddət ərzində dövlət orqanları və iddiaçı hüquqi şəxs tərəfindən hər hansı reaksiyanın olmaması, onlarda belə bir fikir yaratmışdır ki, mübahisəli fərdi yaşayış evi onun qanuni sahibliyində və istifadəsində olan yeganə yaşayış sahəsidir. Bu hallar cavabdeh tərəfi hərəkətlərində haqlı olduğuna əminlik yaratmışdır. Ona görə də mübahisəli özbaşına tikili uzun müddət ərzində cavabdehin və ailəsinin yaşadığı “ev” olmuşdur. Məhkəmə, həmçinin nəzərə alır ki, MM-nin 180.4-cü maddəsində özbaşına tikilinin maraqlı şəxsin tələbi ilə məhkəmə tərəfindən sökülməsi nəzərdə tutulsa da, lakin həmin normada iş üçün mühüm əhəmiyyəti olan hallar, yəni söküntüyə məruz qalacaq şəxs tərəfindən özbaşına tikinti işlərinin xəbərdarlıq edildikdən sonra qanunsuz olduğunu bilə-bilə aparılması, özbaşına tikilinin yaşayış üçün hazır vəziyyətdə və onların yeganə yaşayış evi olub-olmaması, həmçinin həmin şəxslərin özlərinə başqa yaşayış evi almaq imkanın olubolmaması ilə bağlı məsələlər nəzərə alınmamışdır. Qeyd olunan bu halların müəyyən edilməməsi, işin qanuni həll edilməsini istisna edir. Doğrudur, milli qanunvericilikdə həmin hallar nəzərdə tutulmasa da, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı birbaşa tətbiq edilməsi nəzərdə tutulan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində həmin hallara xüsusi diqqət ayılmışdır. Belə olan halda yaranmış ziddiyyətin aradan qaldırılması və mübahisənin həlli zamanı Avropa Məhkəməsinin presedentlərində formalaşmış hüquqi mövqelər tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Ona görə də məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Əhmədova Azərbaycana qarşı xx.xx.2022-ci il tarixli Qərarının 41-ci bəndində əvvəlki hüquqi mövqelərinə uyğun olaraq bir daha qeyd etmişdir ki, İnsan Hüquqlarının və X6 haqqında Konvensiyanın (bundan sonra“Konvensiya”) 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt edilmiş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır. Konvesiyanın 8-ci maddəsində isə hər kəsin öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malik olması göstərilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh inşa etdiyi özbaşına tikilinin əvəzi ödənilmədən onun hesabına sökülməsi, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcəkdir. Belə ki, İddiaçı hüquqi şəxsin cavabdehin sahibliyində olan torpaq sahəsində özbaşına fərdi yaşayış sahələrini tikməsini hazırkı vaxta qədər mübahisələndirməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin evinin əvəzi ödənilmədən və onun hesabına sökülməsi, onun ailəsi ilə birlikdə evsiz qalmasına səbəb olduğundan, iddianın təmin edilməsi qanuni məqsədə mütənasib deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi Əhmədova Azərbaycana qarşı xx.xx.2022-ci il tarixli Qərarının 46-cı bəndində əvvəlki hüquqi mövqelərinə uyğun olaraq bir daha qeyd etmişdir ki, məhkəmənin yaxşı qurulmuş presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs-həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq, Konvensiyanın 8ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil məhkəmə tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan özbaşına tikintidən söhbət gedəndə, ön plana çıxa biləcək amillər ondan ibarətdiur ki, evin qanunsuz tikilibqurulmasının, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikintini davam etdirməsinin xarakteri və dərəcəsinin nədən ibarət olmasıdır. Sözügedən qanunsuzluq, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər. Bu siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər Bununla yanaşı məhkəmə, həmçinin nəzərə alır ki, sahibliyində olan torpaq sahəsində sökülməsi tələb olunan həmin fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamasına baxmayaraq, hər halda, cavabdeh tikdirdiyi tikililərə sərf olunmuş materialların, fərdi yaşayış evindəki daşınar əşyaların və avadanlıqların sahibləridir və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar onlara məxsusdur. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evi cavabdehlərin yeganə yaşayış sahəsidir və onların başqa yaşayış evi əldə etmək üçün zəruri vəsaitləri yoxdur, bundan əlavə cavabdehlər dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid deyildirlər. Məhkəmə hesab edir ki, həmin tikililər iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsində cavabdehin vəsaitləri hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehlərin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, həmin tikililər cavabdehlərin yeganə yaşayış evi olmuş və cavabdehin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını qanuni olaraq gözləmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X10 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X10 Məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də məhkəmə hesab edir ki, həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxsin əvəzi ödənilmədən cavabdehin yaşadığı, özbaşına inşa edilmiş fərdi yaşayış sökülməsi tələbinin təmin edilməsi üçün hüquqi əsasları mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutların məcmununa qiymət verərək belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə mübahisə predmeti olan, cavabdehin sahibliyində olan torpaq sahəsində yerləşən tikililər cavabdeh tərəfindən və onların vəsaiti hesabına inşa edilmişdir. Ona görə də cavabdehin və ailəsinin həmin tikililərə sərf olunmuş materiallar və digər ləvazimatlar üzərində mühüm iqtisadi marağı vardır. Onların bu marağı iddiaçının mənafeyi ilə ziddiyyət təşkil etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əşyanın şəxsə mənsub olması, onun iqtisadi mənada mənimsənilməsi, hüquqi mənada isə ona mülkiyyət hüququnun əldə edilməsi ilə təzahür edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə istinad olunan hüquq normalarının və X10 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin vəsaiti hesabına inşa edilmiş və onların sosial ailə həyatının mövcudluğunun əsasını təşkil edən həmin fərdi yaşayış evinin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən və onların hesabına sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin istifadəsində olan həmin “ev”in saxlanması, cavabdehlərin uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin iddiaçı hüquqi şəxsin əsaslı mənafelərinə əhəmiyyətli dərəcədə zərər vurmur. Lakin həmin özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi isə Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulduğu kimi cavabdehin evinə hörmət hüququnu poza bilər. Məhkəmə hazırkı şəraitdə cavabdehin qanuni gözlənti hüququna müdaxilənin qarşıya qoyulan qanuni məqsədə mütənasibliyi baxımından qeyd edir ki, iddiaçı hüquqi şəxs cavabdehə məxsus, sahibliyində olan torpaq sahəsində cavabdehin vəsaiti hesabına inşa edilmiş özbaşına tikilinin, “ev”in sökülməsini yalnız cavabdeh tərəfin başqa yaşayış sahəsi əldə etməsi üçün ağlabatan miqdarda kompensasiya verməklə tələb etmək hüququna malikdir. Belə olan halda cavabdehlərin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan evinə hörmət hüququ təmin edilmiş olar. Əks yanaşma, müdaxilənin qanuni məqsədə mütənasib olmaması kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin nəzərə alır ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh sahiblik hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınsa da, cavabdeh tərəf həmin torpaq sahəsində özbaşına inşa etdirdiyi fərdi yaşayış evinin tikilməsinə dair lazımi icazə sənədinə malik olduğunu sübut edə, həmçinin sözügedən tikili ilə bağlı iddia tələbi irəli sürə bilməmiş, Ona görə də, iddiaçı hüquqi şəxsə məxsus olan, Mingəçevir şəhərin, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikililərin yaşayış evi kimi cavabdehin təxminən 7-8 il istifadə etməsi faktı, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, Cavabdeh sahibliyində olan torpaq sahəsində cavabdehin vəsaiti hesabına inşa edilmiş özbaşına fərdi yaşayış evlərinin əvəzi ödənilmədən və onların hesabına sökülməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən Mingəçevir şəhəri, ünvan 1 ünvanında özəlləşdirilmiş dövlət müəssisəinin yerləşdiyi 12667 kv. metr torpaq sahəsində qanunsuz olaraq tikilmiş 3 (üç) ədəd hasarlama və 4 (dörd) ədəd fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Cavabdeh tərəfindən Mingəçevir şəhəri, ünvan 1 ünvanında özəlləşdirilmiş dövlət müəssisəinin yerləşdiyi 12667 kv. metr torpaq sahəsində qanunsuz olaraq tikilmiş 3 (üç) ədəd hasarlama və 4 (dörd) ədəd fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-6/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-6/2023
06.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver