Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-605/2021 05.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X12 Mingəçevir Şəhər X3 nümayəndəsi X5 iştirakı ilə Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 23 avqust 1988-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, X7 1988-ci il tarixdə doğulmuşdur. Qızı 2004-cü ildən əqli gerilik, ciddi davranış pozğunluğu diaqnozu ilə xəstədir. Onun daima müalicəyə və qulluğa ehtiyacı vardır. Hazırda qızının psixi qüsurları kəskin xarakter almışdır. Belə ki, qızı öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyil, bu da onun fəaliyyətinə pis təsir göstərir. Belə olan halda qızının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Çünki hazırda qızının daimi olaraq fərdi qulluğa ehtiyacı vardır. Ona isə yalnız o, qulluq edir. Ona görə də o, işləyə bilmir. Bu da onun maddi vəziyyətində çətinliklər yaradır. Halbuki, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zamanı qulluq göstərməsinə görə o da Dövlət tərəfindən yaradılan güzəşt və imtiyazlardan istifadə etmək imkanına malik olar. Hesab edir ki, qızı Fəxriyyə Məmmədova fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X16 məhkəmə iclası zamanı bildirdi ki, rəydən də göründüyü kimi X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Mingəçevir Şəhər X3 nümayəndəsi X8 məhkəmə iclası zamanı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23.08.1988ci il tarixdə X11 ilə X9 birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 08.02.2021-ci il tarixli, 244 saylı arayışdan görünür ki, X7 27.04.2004-cü il tarixdən “orta dərəcəli əqli gerilik” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının 08.04.2021-ci il tarixli, 175 saylı rəyindən görünür ki, X7 yüngül dərəcəli əqli gerilik davranış pozğunluqları və qıcolma tutulmaları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1. xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin1988-ci il tarixdə doğulmuş qızı X7 2004-cü ildən “orta dərəcəli əqli gerilik” davranış pozğunluğu diaqnozu ilə psixiatrik müşahidəyə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. Hazırda X7 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X4 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 08.04.2021-ci il tarixli, 175 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin qızı X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qızı X4 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 22.08.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-605/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-605/2021
05.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver