Məhkəmə qərarları › İş №2(051)-612/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-612/2023

02.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-612/2023 02.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X2 iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2003-cü il təvəllüdlü Zaur Paşayev onun oğludur. Oğlu Zaur xx.xx.2019-cu ildən Mingəçevir şəhər Psixonevroloji Dispanserdə “ağır dərəcəli əqli gerilik-qulluq və müalicə tələb edən ciddi davanış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. Zaurun qulluğa və köməyə ehtiyacı olduğundan ona özü baxır və qulluq edir. Zaur özünü idarə edə bilmir, hərəkətlərinin mahiyyətini anlamır. Hesab edir ki, oğlunun hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, oğlu xx.xx.2003-cü il təvəllüdlü Zaur Paşayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X6 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 iyul 2003-cü ildə RF Volqoqrad şəhərində anadan olmuşdur. X1, anası X4r. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 28 №-li, 10 yanvar 2023-cü il tarixli arayışda göstərilir ki, X7 13 noyabr 2019-cu ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “ağır dərəcəli əqli gerilik-qulluq və müalicə tələb edən ciddi davanış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 11 aprel 2023-cü il tarixli 188 №-li rəyində göstərilir ki, X7 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 10 iyul 2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar