Məhkəmə qərarları › İş №2(051)-661/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-661/2024

30.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-661/2024 30.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, psixi qüsurlarına görə öz hərəkətlərini idarə edə bilməyən X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. O, xx.xx.1968-ci ildə anadan olmuşdur və ruhi xəstə olmaqla xx.xx.1981-ci ildən Mingəçevir Rayonlararası Maraqlı şəxs1də “orta dəroəcəli əqli gerilik, davranış pozğunluqları ilə” diaqnozu ilə qeydiyyatdadır. Elbrus uşaqlaqdan ikinci qrup əlilliyə görə pensiya alır. Elbrusun daimi kənar şəxsin köməyinə ehtiyacı vardır. Ona rəsmi qaydada qəyyumluq təyin olunmalıdır, lakin qanuna əsasən ilk öncə o, fəaliyyət qabiliyyəti hesab edilməlidir. X5 psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir. Odur ki, o, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs1 tərəfindən verilmiş 1276 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1981-ci il tarixdən “orta dəroəcəli əqli gerilik, davranış pozğunluğu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 230 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları və tetraparezlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) hesab edilir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1968-ci il tarixdə doğulmuş qardaşı X5 xx.xx.1981-ci il tarixdən “orta dəroəcəli əqli gerilik, davranış pozğunluğu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları və tetraparezlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun daima yaxınlarının nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. X2 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X4 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin qardaşı X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qardaşı X5 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə də malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 28 yanvar 1968-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar