Məhkəmə qərarları › İş №2(051)-675/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-675/2020

25.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-675/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X5 katibliyivə Ərizəçi iştirakı ilə, Ərizəçi “fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. MəhkəməAzərbaycanRespublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X4 onun doğma oğludur. O, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Oğlu öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Bunu onu tanıyanlar da təsdiq edə bilərlər. Həmçinin o hazırda da müalicə olunur. Hərəkətlərinə cavabdehlik daşımır, xəstə olduğundan onun edəcəyi hər bir hərəkət etibarsız sayılır. O , xx.xx.2006-cı il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində qeydiyyatdadır. Ona görə də, xx.xx.1990-cı təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi xx.xx.1959-cu ildə Beyləqan şəhərində anadan olmuşdur. Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 15, mənzil 18 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli 302 saylı arayışından görünür ki, X4 xx.xx.2006-cı ildən Mingəçevir Psixo-Nevroloji Dispanseridə orta dərəcəli əqli gerilik, davranış pozğunluğu ilə Postravmatik Ensefalopatiya diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə X3 xx.xx.2020-ci il tarixli 442 №-li rəyindən görünür ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gələməsinə X2 uşaqlıqdan psixofiziki inkişafdan geri qalması, anasının himayəsi və nəzarəti altında yaşaması, orta ümumtəhsil məktəbində formal surətdə oxumasına baxmayaraq oxumaq və yazmaq vərdişlərinin zəif olması, 2006-cı ildən X1 “Oliqrofeniya debillik dərəcəsində, nevrotik reaksiyalarla” diaqnozu ilə qeydiyyatda durması, keçirdiyi xəstəliklə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətə çağırılmaması, xəstəliyinə görə ona İİ qrup müddətsiz əlillik təyin edilməsi, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, davranış, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıqlar aşkar olunması, özünü bir qədər narahat və gərgin aparması, verilən sualları qısa və konkret cavablandırması, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretlk müşahidə edilməsi, oxumaq, yazmaq vərdişlərinin zəif və qrammatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında səhvlər etməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələrin səthi olması, abstrakt və məntiqi təfəkkürün zəif olması, atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, gələcək üçün real planlar söyləməməsi, intellektinin inkişafdan geri qalması, İQ=55%. və s.) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir) Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında X2 Ərizəçi oğlu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar