Məhkəmə qərarları › İş №2(051)-675/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-675/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-675/2022 05.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25.04.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Tanrıqullar kənd sakini anası X3 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,72 hektar torpaq sahəsinin məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X5 məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin anası X12 01.07.1918ci il tarixdə anadan olmuşdur. Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25.04.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Tanrıqullar kənd sakini, anası X6 məxsus olması haqqında akt 446 nömrə ilə qeydiyyata alınmışdır. Təmsil etdiyi şəxsin anasının adı “Nuriyeva Urqiyə” olduğu halda, həmin aktda səhvən “Nuruyeva Ruqiyyə” kimi qeyd olunmuşdur. Təmsil etdiyi şəxsin anasına məxsus bütün sənədlərdə adı Urqiyə kimi qeyd edilmiş, lakin sözügedən aktda səhvən “Ruqiyyə” kimi yazılmışdır. Təmsil etdiyi şəxsin anası 26.01.2001-cu il tarixdə vəfat etmişdir. Ondan həmin torpaq sahəsi miras qalmışdır. Hazırda o, həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin aktda təmsil etdiyi şəxsin anasının adı səhv qeyd olunduğundan, bu hüququndan istifadə edə bilmir. Hesab edir ki, aktın təmsil etdiyi şəxsin anasına məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X4 iddia tələbini müdafiə etdi və təmsil etdiyi şəxsin adından göstərdi ki, X12 01.07.1918-ci il tarixdə anadan olmuşdur. Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25.04.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Tanrıqullar kənd sakini X6 məxsus olması haqqında akt 446 nömrə ilə qeydiyyata alınmışdır. Təmsil etdiyi şəxsin anasına məxsus bütün sənədlərdə adı “Nuriyeva Urqiyə” kimi qeyd edilmiş, lakin sözügedən aktda səhvən “Nuruyeva Ruqiyyə” kimi yazılmışdır. Aktda təmsil etdiyi şəxsin anasının adı səhv qeyd olunduğundan, bir çox hüquqdan istifadə edə bilmir. Hesab edir ki, aktın təmsil etdiyi şəxsin anasına məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, anası X12 01.07.1918-cü il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 26.01.2001-cu il tarixdə vəfat etmişdir. İşdə olan 446 nömrəli aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayon Tanrıqullar kənd sakini anası X3 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,72 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum anasına Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 25.04.1998-ci il tarixli 446 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Tanrıqullar kənd ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,72 hektar torpaq sahəsi verilmişdir. Lakin həmin sənəddə mərhum X7 adı səhvən “Nuruyeva Ruqiyyə” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 28.12.1998-ci il tarixli 446 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt mərhum X9 məxsusdur, həmin sənəddə yazılmış “X10” adı “X12” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən mənzilə dair çıxarış alması üçün zəruridir. Bu səbəbdən Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 28.12.1998-ci il tarixli 446 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 28.12.1998-ci il tarixli 446 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktın mərhum anası, yəni X9 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. Yevlax rayon Tanrıqullar kənd ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,72 hektar torpaq sahəsinə dair Yevlax rayon Aqrar İslahat Komissiyası 25.04.1998-ci il tarixli, 30 nömrəli qərarı ilə verilmiş, JN 446 nömrəli, 28.12.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktın mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar