Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-698/2022 11.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona əsassız yazılmış 450.24 manat məbləğdə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhəri Bağ Massivində yaşayır. Evinə quraşdırılmış qaz sayğacı əri Etibar İsgəndərovun adına olmuşdur. Ərinin ölümündən sonra o, tez-tez Bakı şəhərində yaşayan övladının evinə gedir, orada qalır. O, müalicə üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra qonşuları ona bildirdilər ki, qaz idarəsinin işçiləri gəlib yeni sayğac quraşdırmaq üçün evinə quraşdırılmış sayğacı söküb götürmüşlər. Həmçinin, bildirdilər ki, sayğacı sökməkdə çətinlik çəkmişlər, hətta sayğacı sökmək üçün qonşudan laqonda almışlar, laqondadan istifadə etməklə sayğacı söküb götürmüşlər. O, Bakı şəhərindən qayıtdıqdan bir neçə gün sonra qaz idarəsinin işçiləri ona bir akta imza etməyi xahiş etdilər və bildirdilər ki, bu akt yeni sayğacın qurulması ilə bağlıdır. Həqiqətən də o, qayıtdıqdan sonra evinə yeni sayğac quraşdırıldığını görmüşdür. Sonra ona 450,20 manat borcu oması barədə bildiriş gəlmişdir. Hesab edir ki, evinə hesablanmış 450,20 manat borc əsassızdır. İddianın təmin olunmasını, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərdi ki, İddiaçı ilə qonşudurlar. 2021-ci ilin avqust ayında qaz istismar idarəsinin işçiləri onların yaşadıqları məhəlləyə gəldilər. Onlar köhnə sayğacı söküb, yeni sayğac quraşdırırdılar. İddiaçı yaşadığı evə quraşdırılmış sayğacı sökmək istədilər. Lakin sayğacı sökə bilmədilər. Həmin vaxt qonşuluqda yaşayan Allahverdi də onların yanına gəlmişdir. Onlar bildirdilər ki, sayğacın sahibi evdə yoxdur, gəlib sonra sayğacı söküb götürərlər. Qaz idarəsinin işçiləri də dedilər ki, siz buradasınız. Sayğacı söküb götürmək üçün Allahverdidən laqonda gətirməyi xahiş etdilər. Onun həyətindən elektrik xətti götürdülər, Allahverdinin də gətirdiyi laqonda ilə sayğacı kəsib yerə qoydulər. Yerdə sayğacın qulağını açarla açdılar. X1 da şahid E.İsgəndərovla eyni məzmunda ifadə verdi. Məhkəmə iddiaçıları, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan «Azəriqaz» İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş ******* №li 19 avqust 2021-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhəri bağ evi 182-də quraşdırılmış sayğac sökülüb götürüldü, səbəb əvəzetmə. İşdə olan ******* №li noyabr (gün və il yoxdur) tarixli aktda göstərilir ki, 17 sentyabr 2021-ci il tarixli akta əsasən İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirildi. Sayğacın hesablaşma mexanizminin qapağı yan tərəfindən əzilib, qulaqlarında əzik, cızıq yeri var. İşdə olan dəymiş ziyanın bərpasına dair 30 dekabr 2021-ci il tarixli tələbnamədə göstərilir ki, itirilmiş qazın bərpası üçün hesablanmış 4320 m3 qazın dəyəri ödənilməlidir. İşdə olan abonentin saldosundan görünür ki, Mingəçevir şəhəri Bağ evi 182ə, İddiaçı Nəsirədin qızının adına quraşdırılmış **********4 №li qaz sayğacına 450,24 manat qalıq borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 19 avqust 2021-ci il tarixdə Mingəçevir şəhəri Bağ evində, iddiaçının yaşadığı evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunması üçün sökülüb götürülmüş, yenisi ilə əvəz olunmuş və bununla bağlı həmin tarixdə ******* №-li akt tərtib edilmişdir. Lakin iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 4320 m3 hesablanmış, nəticədə iddiaçıya 450 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı müqavilənin 2.2.5-ci bəndinin istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) olmuşdur. Lakin mənzil sahibinin (abonentin) hərəkət və ya hərəkətsizliyi nədən ibarət olması məlum deyil. Belə ki, sayğaca məhz abonent tərəfindən müdaxilə olunması və yaxud quraşdırılmış sayğacın qorunubsaxlanması vəzifəsinin abonentə aid olması barədə onunla bağlı müqavilə bağlanması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının yaşadığı evə quraşdırılmış **********4 №-li sayğaca hesablanmış 450,24 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı yaşadığı Mingəçevir şəhəri bağ evi 182-ə quraşdırılmış abonent kodu **********00000, **********84 №-li qaz sayğacına hesablanmış 450,24 (dörd yüz əlli manat 24 qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-698/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-698/2022
11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver