Məhkəmə qərarları › İş №2(051)-742/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-742/2022

18.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-742/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili – Konsensus Vəkil Bürosunun vəkili Vəkil, Maraqlı şəxs: Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 1970-ci ildə Mingəçevir şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tərəf ərizəsini belə əsaslandırmışdır ki, X9 əridir. O, 15 dekabr 1970-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Onlar xx.xx.2022-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Böyük oğlu X12 hərbi xidmətdədir, işğaldan azad olunmuş Laçın rayonu ərazisində xidmət edir. İkinci 2004-cü il təvəllüdlü X7 da yaxın vaxtlarda hərbi xidmət yaşı çatır. Üçüncü oğulları 2008-ci il təvəllüdlü X14 isə hələ kiçikdir. X9 ailəni dolandırmaq məqsədi ilə mövsümi olaraq Rusiya Federasiyasına gedib, işləyir qazancını onlara göndərirdi. 2006-cı ilin aprel ayında başqa şəxslərlə mübahisə zamanı Bəxtiyar möhkəm döyülmüş, ağır kəllə-beyin travması almışdır. 2007-ci ildən müalicələrini ona heç bir xeyri olmamışdır. Getdikcə vəziyyəti ağırlaşmağa doğru getdi. 2007-ci ildən “Serebral atrofiya, Sol tərəfli maksiyalar sinusit” xəstəsi kimi qeydə alınmış, pensiya alındı. Mingəçevir Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli protokol, 291/21 saylı çıxarışdan görünür ki, 1970-ci il təvəllüdlü X9 Baş beynin xəstəliyi nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusu xəstəliyi ilə qeydə alınmışdır. Mingəçevir Rayonalararası Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan 1970-ci il təvəllüdlü X9 xx.xx.2021-ci ildən Mingəçevir Maraqlı şəxs1də “Baş beynin xəstəliyi nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. X5 psixi probleminə görə öz hərəkətinin mahiyyətini anlamır, öz hərəkətini dərk etmir. Hesab edir ki, ərinin hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Odur ki, məhkəmədən 15 dekabr 1970-ci ildə Mingəçevir şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası verdiyi izahatında məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 15 dekabr 1970-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsinə etirazı yoxdur. Maraqlı şəxs Mingəçevir şəhər Mərkəzi xəstəxanası Rayonlararası Maraqlı şəxs1ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Mingəçevir şəhər Mərkəzi xəstəxanası Rayonlararası Maraqlı şəxs1in nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Vəfa Ənvər qızı arasında 12 fevral 2002-ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində 59 nömrə ilə nikah qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12 noyabr 2002-ci il təvəllüdlü X12, 24 fevral 2004-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 ataları X9 anaları isə Ərizəçidır. İşə əlavə olunmuş Mingəçevir Rayonalararası Maraqlı şəxs1dən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2021-ci ildən Mingəçevir Maraqlı şəxs1də “Baş beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi yanında Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 385 №-li rəyindən görünür ki, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X6 X3 “Baş beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda durması, daim ətrafdakıların yardımına ehtiyacı olması (X2 verilmiş xx.xx.2021-ci il tarixli 1089/21 saylı ambulator karta), hazırki ekspertiza zamanı onda davranış, təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bələdliyinin pozulması, yaşadığı ünvan anadan olduğu ili və neçə yaşı olduğunu söyləyə bilməməsi, bütün müayinə boyu özünü narahat və gərgin aparması, onda konfliktə meyillik və ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının pozulması, təfəkkürünün konkret olması, maraq dairəsi daralması, abstrakt və məntiqi təfəkkürün zəifliyi, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, intellektinin geri qalması, şəxsiyyətində qüsur aşkar olunması və s.), tənqidi funksiyanın zəif olması və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə iclasında X6 Ərizəçi əri olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 317-321, 216- 220-ci maddələrini rəhbər tutub qətetdi: Ərizəçinin tələbi təmin edilsin. 15 dekabr 1970-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar