Məhkəmə qərarları › İş №2(051)-758/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-758/2021

14.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-758/2021 14.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 14.09.2002-ci il təvəllüdlü Elmir Əhmədzadənin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun övladı 14 sentyabr 2002-ci il təvəllüdlü X3 anadangəlmə əlildir. O, uşaq serebrial iflici, spastik tetroplepiya, qıcolma və spazm, hərəkətin və yerişin pozulması diaqnozu ilə “X2” Publik hüquqi şəxsin Uşaq nevroloji Sanatoriyasında qeydiyyatda olmaqla müalicə alıb. O, 1-ci qrup əlildir. Ona daim digər şəxsin köməyi qayğı-qulluğu lazımdır. Hal-hazırda oğlu Elmirin on səkkiz yaşı tamam olmuşdur və o, evdədir. Onun üzərində qəyyum təyin edilməmişdir. Bununla bağlı o, qəyyumluq və himayəçilik orqanına müraciət etmiş və ona izah olunmuş ki, yetkinlik yaşına çatmış şəxs üzərində qəyyum təyin edilməsi üçün həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Məhkəmənin qanuni qüvvəsinə minmiş qətnaməsi əsasdır. Ona görə də məhkəmədən oğlu 14.09.2002-ci il təvəllüdlü Elmir Əhmədzadənin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14.09.2002-ci il təvəllüdlü X1 atası kimi Ərizəçi qeyd edilmişdir. İşə əlavə olunmuş Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X3 həqiqətən İ qrup əlildir. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 20.05.2021-ci il tarixli 266 №-li rəyindən görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X1 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinat, sonralar isə İ qrup əlillik təyin edilməsi , daim valideynlərinin nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərində oxumaması, oxumaq və yazmaq vərdişlərini əldə etməməsi, adi hesablama əməliyyatlarını apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, enosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, mənasızca ətrafa boylanması, neçə yaşı olduğunu, hal-hazırda hara gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralması və fizioloiji tələblərə motivləşməsi, təniqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=46% vəs.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında X1 Ərizəçi oğlu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin edilsin. 14.09.2002-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar