Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-759/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12 və X4 qarşı «ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 72.80 kv metr sahədən ibarət yaşayış evinə Cavabdeh1 1/10 hissədə ümumi paylı mülkiyyət hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X7 və az yaşlı X3 əmlakları ilə birlikdə Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzilindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12 və X4 məhkəmə iclasının vaxtı və yeri haqda təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 72.80 kv. metr sahədən ibarət yaşayış evinin 9/10 hissəsi iddiaçının, 1/10 hissəsi Cavabdeh1 mülkiyyətindədir. Belə ki, əmlak iddiaçının mərhum əri Valeh Hüseynovla birgə evlilik müddətində satın aldıqdan tən yarısı ümumibirgə əmlak kimi, qalan hissəsi isə miras əmlak kimi mülkiyyətinə daxil olmuşdur. Mülkiyyət hüqüqları qeydə alınmışdır. İddiaçı Cavabdeh1 7.28 kv. metr payının dəyərini könüllü ödəməyə razıdır. Ancaq Cavabdeh1 buna könüllü razılıq vermir. Oğlu İlqarla və onun ailəsi ilə birgə yaşaya bilmirlər. Artıq münaqişəli ailə kimi Mingəçevir şəhər Polis Şöbəsinə dəfələrlə müraciət etmişlər. Hətta bayramda belə sakit yaşaya bilmirlər. Qonşularda onların səs-küyündən bezmişdir. Qeyd edir ki, uzun illər Rusiya Federasiyasında, Almaniyada, Mingəçevir şəhərində ailəsi ilə birgə ayrı yaşadığından ünsiyyəti alınmır. Onun ailəsi, arvadı Cavabdeh2, övladları xx.xx.1998-ci il təvəllüdlü Orxan, 26.04. 1999-cu il təvvəllüdlü Şəbinə, 05.07.2004-cü il təvəllüdlü Mədinə isə 2006-cı ildə onlar Almaniyadan gəldikdən sonra bu mənzilə qeydiyyata düşmüşlər. Ancaq Cavabdeh2 ilə hər hansı müqavilə bağlanmamışdır. Ona görə də ünvan 1 ünvanda yerləşən 72.80 kv metr sahədən ibarət yaşayış evinə Cavabdeh1 1/10 hissədə ümumi paylı mülkiyyət hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X7 və az yaşlı X3 əmlakları ilə birlikdə Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzilindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Məşədi Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzili 1/10 hissədə X1, 1/10 hissədə X2, 6/10 hissədə İddiaçı Pəpiş qızının, 1/10 hissədə Cavabdeh1 və 1/10 hissədə X5 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-64 saylı, 04 fevral 2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdehlər X6, X8, X9 və Cavabdeh1 qarşı “mülkiyyət payının naturada bölünməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, ünvan 3 evin 1 saylı ünvanında yerləşən mənzili 72,80 kvm sahədən ibarət yaşayış evinin 6/10 hissəsi İddiaçı Pəpiş qızının, 1/10 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Həmin əmlak mərhum əri Valeh Hüseynovla birgə evlilik müddətində satın aldıqlarından tən yarısı ümumbirgə əmlak kimi qalan hissəsi isə miras əmlak kimi İddiaçı mülkiyyətinə daxil olmuşdur. Hazırda iddiaçı ilə cavabdehin arasında mülkiyyətin bölünməsi ilə əlaqədar ixtilaf vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, əsaslandıqları dəlilləri və təqdim olunmuş yazılı sübutları müqayisəli surətdə təhlil edib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma iləbağlı mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmaqla iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçı cavabdehin mübahisəli evdən 1/10 hissə paylı mülkiyyət hüququn olduğunu etiraf edir. Məhkəmə də Cavabdeh1 həmin payn cuzi olması qənaətinə gəlir. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5.2-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1302-ci maddəsinə əsasən Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Həmin Məcəllənin 1304-cü maddəsinə əsasən Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətçinin gəlinidir. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə maneə törədəcəkdir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzilindən Cavabdeh1 1/10 hissədə olan cüzi mülkiyyət payının əvəzi kimi təklif olunan 8000 manat məbləğdə kompensasiya məbləgi yetərlidir. Cavabdehdə həmin məbləgi alaraq evdən cıxmısdır. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 72.80 kv metr sahədən ibarət yaşayış evinə Cavabdeh1 1/10 hissədə ümumi paylı mülkiyyət hüququna 8000 manat kompensasiya verilməklə xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X7 və az yaşlı X10 əmlakları ilə birlikdə Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-759/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-759/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver