Məhkəmə qərarları › İş №2(051)-760/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-760/2022

24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-760/2022 24.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə iddiaçı arasında olan əsassız borcun silinməsi barədə ərizənin baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı ərizəsinin qaytarılmasını tələb edir, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar