Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-765/2020 21.05.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi, Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi x5 və Mingəçevir şəhər x1 nümayəndəsi x2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 27 aprel 1980-ci il təvəllüdlü x4 şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında verdiyi izahatında onun şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbi üzrə qətnamə mövcud olmasını bildirmiş və bu səbəbdən də tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-757 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizəsinin təmin olunması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tələb üzrə eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Ona görə də iddia tələbinə üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-765/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-765/2020
21.05.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver