Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-782/2022 19.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli qərarı ilə verilmiş, Yevlax rayonu Aran qəsəbəsində 0,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair mülkiyyət hüququ təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 0059 seriyalı, KOD 90100016 saylı Dövlət Aktının 24 aprel 2014-cü ildə vəfat etmiş əri X3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərdi ki, 06 dekabr 1988-ci ildə X6 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. X14 24 aprel 2014-cü il tarixdə vəfat etmişdir. Yevlax rayon Aqrar İstehsalatı Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ərinə 0,77 hektar torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənəddə onun adı Əfsəl əvəzinə səhvən «Əhsən» kimi yazılmışdır. Halbuki ona aid olan bütün sənədlərdə adı Əfsəldir. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qəbul etmişdir. Həmin mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək istəyir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında ərinin adında yanlışlığa yol verilməsi səbəbindən torpaq sahəsinin mərhum ərinə məxsus olmasını təsdiq edə bilmir. Torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi üçün DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, sənəddəki yanlışlığa görə imtina edilərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli qərarı ilə verilmiş, Yevlax rayonu Aran qəsəbəsində 0,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair mülkiyyət hüququ təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 0059 seriyalı, KOD 90100016 saylı Dövlət Aktının 24 aprel 2014-cü ildə vəfat etmiş əri X3 məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısı 1988-ci ilin dekabrında Əfsəl Həşimovla ailə qurmuşdur. Bacısının ərinin adı Əfsəl idi. Lakin torpağa dair sənəddə Əfsəlin adı səhvən «Əhsən» yazılmışdır. Hamı onu Əfsəl kimi tanımış, Əfsəl kimi də müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi arvadıdır. Əmisinin adı Əfsəldir. Ona Əfsəl deyə müraciət etmişlər. Lakin sənəddə adı səhvən «Əhsən» kimi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun atasının əmisi arvadıdır. Atasının əmisinin adı Əfsəldir. Onu heç kim Əhsən kimi tanımamışdır və bu adlı ona müraciət olunmamışdır. Məhkəmə ərizəçini, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında nikah 06 dekabr 1988-ci ildə Yevlax rayon 28 Aprel qəsəbə sovetliyində №31 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həşimova soyadı verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 aprel 2014-cü il tarixdə ölmüşdür. İşə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN 0059 seriyalı, KOD 90100016 saylı Dövlət Aktından görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli qərarı ilə 0,77 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, 1933-cü il təvəllüdlü X3 hərbi bilet 25 may 1964-cü ildə Qasım-İsmaylov rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. İşə əlavə olunmuş DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli **********21 nömrəli məktubdan görünür ki, Dövlə Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən JN 0059 seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən «Əhsən» adı ilə şəxsiyyəti müəyyən edən sənədlərdə «Əfsəl» adı arasında uyğunsuzluq mövsud olduğu üçün ərizənin icrasından imtina edilmişdir. Məhkəmə, sadalanan sübutları müqayisəli şəkildə tədqiq edib, məcmu halda qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğuna dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizə təmin edilsin. Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli qərarı ilə, Yevlax rayonu Aran qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,77 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 0059 seriyalı, KOD 90100016 saylı Dövlət Aktının 24 aprel 2014-cü ildə vəfat etmiş X3 məxsus olması faktı müəyyən olunmuş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-782/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-782/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver