Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-783/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X5 iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X2 ilə birgə nikahlarından 19 dekabr 2006-cı il təvəllüdlü Aysel və 28 dekabr 2008-ci il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı Tahir Süleymanov 12 fevral 2015-ci ildə vəfat etmişdir. Qızları Aysel və Fatimə çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən cddi davranış pozğunluğundan əziyyət çəkirlər. Onlar öz hərəkətlərini dərk etmir,özlərini idarə edə bilmirlər. Qızları hal-hazırdada mülaicə olunurlar. Hərəkətlərinə cavabdehlik daşımırlar, xəstə olduğundan onların edəcəyi hər bir hərəkət etibarsız sayılır. Ona görə də ərizənin təmin olunmasını, qızları 19 dekabr 2006-cı il təvəllüdlü X4 və 28 dekabr 2008-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X9 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 19 dekabr 2006-cı ildə, X3 28 dekabr 2008-ci ildə Mingəçevir şəhərində anadan olmuşlar. İşdə olan 4 saylı MİS-dən verilmiş 138 №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Aysel və Fatimə adlı qızları ilə birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən fərdi evdə yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 207 №-li, 02 fevral 2022-ci il tarixli arayışda göstərilir ki, X4 2022-ci ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “çox ağır əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 208 №-li, 02 fevral 2022-ci il tarixli arayışda göstərilir ki, X3 2022-ci ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “çox ağır əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 17 may 2022-ci il tarixli 305 №-li rəyində göstərilir ki, X4 uşaqlıqdan orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 17 may 2022-ci il tarixli 306 №-li rəyində göstərilir ki, X3 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X4 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 19 dekabr 2006-cı il təvəllüdlü X4 və 28 dekabr 2008-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən :Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-783/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-783/2022
28.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver