Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-799/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi, əşyaları ilə birgə mənzildən çıxarılmaları tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi, əşyaları ilə birgə mənzildən çıxarılmaları tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ələddi qızı məhkəmə iclasında ərizə verərək bildirdi ki, cavabdehlər könüllü olaraq onun mülkiyyətində olan mənzildən çıxmışlar. Ona görə də iddia ərizəsinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə verdiyinə, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi, əşyaları ilə birgə mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-799/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-799/2022
01.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver