Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-802/2024 22.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 199 saylı sərəncamı ilə JN-575FA, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Eyvazova (Qədirova) Nigar Şahin qızına və Hüseyinova (Qədirova) Günay Şahir qızına məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X9 onların atasıdır. Ataları xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Atalarına məxsus JN-575FA, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən ata adı Şair, bacısı Günayın adı isə Gülay kimi qeyd olunmuşdur. Belə ki atalarının adı Şahir olduğu halda, səhvən Şair, bacısının adı Günay olduğu halda, Gülay kimi yazılmışdır. Mingəçevir şəhərində yerləşən 0,11 ha torpaq sahəsinə dövlət reyestrindən Çıxarış və texniki pasportun verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etdilər, lakin həmin uyğunsuzluqlara görə onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X6 arasında 03 iyun 2013-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən rəsmi nikah bağlanmış və həmin nikah 168 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseyinova” soyadı verilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X7 arasında 18 noyabr 2009-cu il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmi nikah bağlanmış və həmin nikah 491 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. İşdə olan X3 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1984cü il tarixdə X9 ilə X1 birgə nikahından doğulmuşdur. İşdə olan X4 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1987-ci il tarixdə X9 ilə X1 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə kəskin koronar çatışmazlığı UİX Hipertenziyadan ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-575F KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə X8 Mingəçevir şəhərində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0,11 ha torpaq sahəsi ərizəçilərin atası X8 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-575F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə ərizəçilər Ərizəçi1 adı “Gülay” kimi, ata adı “Şair” kimi, Ərizəçi2 ata adı isə “Şair” kimi yazılmışdır. Hazırda ərizəçilər sənəddəki ad və ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-575F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi2 Şair qızı”nın ata adı “Ərizəçi2” kimi və “X5”nın adı “Ərizəçi1” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-575F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-575F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-cü il tarixli 199 saylı sərəncamı ilə JN-575F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2n məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-802/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-802/2024
22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver