Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-808/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı1 nümayəndəsi, Vəkil1, iddiaçı-cavabdeh İddiaçı2, cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2, cavabdeh tərəfində üçüncü şəxslər X7, Mingəçevir şəhər icra və probasiya şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, icra qeydinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, keçirilmiş hərracın etibarsız sayılması və nəticələrinin ləğv edilməsi tələbinə dair ilk iddia, kredit borcun və çəkilmiş xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızı Cavabdeh qarşı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 №-li 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi, icra qeydinin ləğv edilməsi, əmlakın hərracda satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı2 qarşı kredit borcun və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı1 22 aprel 1997-ci ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların bigə nikahlarından 20 mart 2013-cü ildə Tunar adlı bir uşaqları olmuşdur. Birgə qazanclarından 2010-cu ilin iyul ayında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini alqı-satqı yolu ilə almışlar, mənzil iddiaçının əri Zeynal Rüstəmovun adına qeydə alınmışdır. Onlar Rusiya Federasiyasında yaşayırdılar. 2017-ci ildə iddiaçının əri Zeynal Rusiya Federasiyasında İlyas Abdullayevdən 2.000.000(iki milyon) rubl borc almışdır. Həmin borcla bağlı Azərbaycan Respublikasında İlyasın qardaşı oğlu Cavabdeh ilə iddiaçının qardaşı İddiaçı2 arasında formal olaraq borc müqaviləsi bağlanmışdır. Yəni Cavabdeh İddiaçı2 heç bir borc verməsə də 31 yanvar 2017-ci ildə Ruslan Samirə 60000(altmış min) manat borc pul verməsi barədə aralarında kredit müqaviləsi bağlanmış, eləcə də həmin gün Ruslan X1 adından qardaşı X7 arasında ipoteka müqaviləsi bağlanmış və birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuşdur. İddiaçının əri də götürmüş olduğu borcdan ayrı-ayrı vaxtlarda ödəməklə, cəmi ******* rublu ödəmişdir. 18 sentyabr 2020-ci ildə iddiaçının əri Zeynal Rüstəmov vəfat etmişdir. Onun ölümündən bir müddət sonra Cavabdeh iddiaçıya zəng edərək mənzili öz adına keçirdiyini bildirərək mənzildən çıxmağı tələb etmişdir. Bundan sonra DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 dekabr 2021-ci il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, birgə mülkiyyətdə olan mənzil "xxxx" MMC-nin 73 №-li 22 noyabr 2021-ci il tarixli hərracın yekun protokoluna və hərracın yekunları üzrə əmlakn alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Cavabdehla İddiaçı2 arasındakı kredit müqaviləsi Samirin bacısının əri X11 əmisi İlyas Abdullayevdən almış olduğu borca görə bağlanmışdır. Həmin borcun çox hissəsi də Zeynal Rüstəmovun sağlığında ödənilmişdir. Lakin cavabdeh R.X12 ölümündən sonra borcun ipoteka predmetinə yönədilməsi üçün tədbirlər görmüş, borcun ödənilən hissəsi nəzərə alınmamışdır. Bundan əlavə ipoteka qoyulmuş mənzil birgə nikah müddətində əldə edilmiş mənzil idi. Mənzilə tutma yönəldilərkən Z.Rüstəmovun vərəsəsi, eləcə də birgə mülkiyyətçi olan İddiaçı1 məlumat verilməmişdir. İddiaçının əri Zeynal Rüstəmov 18 sentyabr 2020-ci ildə vəfat etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Mingəçevir “Asan Xidmət” Mərkəzinin notariat ofisindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, vəfat etmiş Zeynal Rüstəmova məktub göndərilir, ancaq məktubun hansı ünvana göndərilməsi, çatıbçatmaması, əgər çatmamışdırsa çatmaması səbəbi barədə məlumat yoxdur. Bundan başqa icra qeydi Mingəçevir şəhər icra və probasiya şöbəsinə daxil olandan sonra icra vərəqəsi üzrə ölmüş şəxsin evinin satılması ilə bağlı hərəkətlər həyata keçirilmiş, mənzil qiymətləndirilmiş, hərraca sifariş verilmişdir. Halbuki, “İcra haqqında” qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüququ varisi ilə əvəz edir. Lakin qanunun bu tələblərinə riayət edilməmiş, iddiaçı vərəsə kimi cəlb olunmamışdır. Eləcə də mənzil hərrac təşkilatı tərəfindən həraca çıxarılanda da iddiaçıya və ya ipotekaya qoyana bildiriş göndərilməmişdir. Qeyd edilənlərə əsasən ilk iddianın təmin olunmasını, Cavabdeh ilə X7 arasında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilə dair Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması, 02 fevral 2017-ci il tarixli ipotekanın qeydiyyatının ləğv edilməsi, Mingəçevir regional “Asan xidmət” mərkzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-1645 №-li qeydə alınmış icra qeydinin ləğv edilməsi, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilin hərracda satılmasına dair "xxxx" MMC tərəfindən 22 noyabr 2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması, əmlakın xx.xx.2021-ci il tarixli qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı-cavabdeh İddiaçı2 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı1 onun bacısıdır. Bacısı ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2017-ci ilin yanvar ayında Cavabdeh və bacısının əri Zeynal Rüstəmovun qardası Samir Rüstəmov onun yanına gələrək “Asan xidmətə” gedərək müqavilə bağlamaq lazım olduğunu dedilər. O, müqavilə bağlamağa ehtiyat etdiyini bildirsə də ona dedilər ki, sənlik heç bir iş yoxdur. Borc pul X17 adlı adam arasında alınıb-verilir. O da bundan sona müqaviləyə imza etməyə razılıq verdi. Ancaq o, borc verilmiş pulu görməmiş, məbləğini də bilməmişdir. Bacısının ərinin ölümündən sonra ona məlum olmuşdur ki, guya Cavabdeh 60000 manat borc pul alması barədə kredit müqaviləsini imzalamışdır. Həmçinin, ona məlum olmuşdur ki, bacısıgilin yeganə yaşayış evi olan mənzili aşağı qiymətə hərraca çıxarılmış və Cavabdeh həmin mənzili hərracda alaraq öz mülkiyyətinə keçirmişdir. Mənzil dəyərindən aşağı qiymətə hərraca çıxarılmış və alınmışdır. O, cavabdehdən mənzilin özləri tərəfindən satılmasını, borcun ödənilməsini, qalan pulla bacısı üçün torpaq sahəsi və ya bir otaqlı olsun mənzil mənzil almasını xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Qeyd etdiyi kimi onunla Cavabdeh arasında kredit müaviləsi bağlanarkən pul olmamış, müqavilə yalnız görünüş üçün başqa müqaviləni pərdələmək məqsədi ilə bağlanmışdır. Ona görə də hesab edir ki, həmin müqavilə əhəmiyyətsizdir və onunla Cavabdeh arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz tanınmasını xahiş edir. Hərrac qanunu pozmaqla həyta keçiilmişdir. Qarşılıqlı iddia ilə tələb olunan xərc qanunsuz həyata keçirilmiş hərrac ilə bağlıdır. Ona göə də qarşılıqlı iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı2 Cavabdeh iki il müddətinə 60000(altmış min) manat borc pul almışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq borcalan İddiaçı2 bacısının əri X2 mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuş, Zeynal Rüstəmovun qardaşı, etibarnamə üzrə nümayəndəsi X7 ipoteka müqaviləsini imzalamışdır. İddiaçı2 kredit müqaviləsinin şərtlərinə riayət etməyərək kredit borcunu ödəmədiyi üçün ipoteka qoyulmuş mənzil icra qeydinə əsasən hərraca çıxarılmış, mənzil hərracda Cavabdeh özü tərəfindən alınmışdır. Kredit müqaviləsi bağlanan, eləcə də ipoteka predmetinə tutma yönəldilən zaman, hərracın keçirilməsi zamanı qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Həmçinin, 2022-ci ildə kredit və ipoteka müqaviləsini mübahisələndirmək hüquqları bitmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmn Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ona görə də kredit müqaviləsinin əhəmiyyətsiz tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, icra qeydinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, keçirilmiş hərracın etibarsız sayılması və nəticələrin ləğv edilməsi tələbi iddia müddətinin keçməsini tədbiq edərək iddianın rədd edilməsi barədə, həmçinin, qarşılıqlı iddianın təmin olunması, İddiaçı2 kredit müqaviləsi üzrə borcundan ödənilməmiş 4450(dörd min dörd yüz əlli) manat, 2750( iki min yeddi yüz əlli) manat xidmət haqqı pulun və 92,50(doxsan iki manat əlli qəpik) manat pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasında izahatında bildirdi ki, X5 onun qardaşı, ilk iddia üzrə İddiaçı1 qardaşının arvadıdır. Qardaşı ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. X18 İlyas adlı adamdan aldığı borca görə mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair ipoteka müqaviləsi bağlanması üçün ona etibrnamə vermişdir. Həmçinin, həmin borca görə İlyasın qardaşı oğlu Cavabdehla qardaşının qaynı İddiaçı2 arasında kredit müqaviləsi bağlanmalı idi. Ona görə də bu barədə İddiaçı2 da bildirildikdən sonra birlikdə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinə getmişlər və aralarında 31 yanvar 2017-ci ildə kredit müqaviləsi, eləcə də ipoteka müqaviləsi bağlanmışdır. Qardaşı Zeynal almış olduğu borcun bir hissəsini ödəmişdir. 2020-ci ilin sentyabr ayında qardaşı vəfat etdi. Qardaşının vəfatından sonra Cavabdeh tələbi ilə ipoteka qoyulmuş mənzil hərraca çıxarılmış, hərracda mənzili Cavabdeh almışdır. Mənzilin hərraca çıxaılmasından onun, eləcə də qardaşının arvadının xəbəri olmamışdır. Mənzilin hərracda satılması nəticəsində qardaşının ailəsi evsiz qalmışdır. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər icra və probasiya şöbəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, icra işi onun icraatında olmamışdır. Hazırda Mingəçevir şəhər icra və probasiya şöbəsində işləməyən digər icra məmurunun icraatında olmuşdur. Lakin şöbədə olan icra işindən görünür ki, Mingəçevir regional “Asan xidmət” mərkəzndə notariat ofisinin icra sənədinə əsasən icra tədbirləri görülmüş, ipoteka qoyulmuş mənzil icra məmurunun sifarişi ilə "xxxx" MMC tərəfində qiymətləndirilmiş və mənzil hərraca çıxarılaraq satılmışdır. Hesab edir ki, icra hərəkətləri zamanı qanunun tələblərinə riayət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin notariat ofisinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə üçüncü şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. İşdə olan borc verən Cavabdeh ilə borc alan İddiaçı2 arasında bağlanmış 31 yanıvar 2017-ci il tarixli kredit müaviləsindən görünür ki, borc verən borc alana 60000(altmış min) manat məbləğində borc verir, borc alan krediti 31.01. 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan ipoteka saxlayan Cavabdeh, ipoteka qoyan X2 əvəzinə X7 və borc alan İddiaçı2 arasında 31 yanvar 2017-ci il tarxdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2017ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə verilmiş 6000 manat kreditin ödənilməsi təminatı olaraq ipoteka qoyan Zeynal Rüstəmova məxsus Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuşdur. İpoteka predmetinin dəyəri ipoteka saxlayan və ipoteka qoyanın razılığına əsasən 60000(altmış min) manat məbləğində müəyyən edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili xx.xx.2011-ci ildə X2 adına qeydə alınmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X9 arasında 22 aprel 1997-ci ildə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra qadına Rüstəmova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən göünür ki, X5 18 sentyabr 2020-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Cavabdeh tərəfindən notariat ofisinə yazılmış 30 dekabr 2020-ci il tarixli ərizədə 60000 manat kredit borcu ödənilmədiyinə görə X4 məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilməsi haqqında icra qeydi aparılması xahiş olunmuşdur. İşdə olan ipoteka predmetnə tutmanın yönəldilməsi haqqında 30 dekabr 2020-ci il tarixli İcra qeydində göstərilir ki, ipoteka müqaviləsi üzrə tərəf Cavabdeh tələbi ilə borc alan İddiaçı2 ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 60000 manat kreditin ödənilməsi üçün X4 məxsus, ipoteka predmti olan Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilsin. İşə Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən İddiaçı2 və X4 yazılmış tələbin könüllü icrası barədə bildiriş əlavə edilmişdir, lakin bildirişdə həmin şəxslərin poçt ünvanları göstərilməmişdir. İşdə olan "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 191 №-li xx.xx.2021-ci il tarixli hesabatında göstərilir ki, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 231626/20-3-8 saylı xx.xx.2021-ci il tarixli sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 78 №-li evin 30 №-li mənzilin qiyməti 55.000(əlli beş min) manat təşkil edir. İşə əlavə edilmiş Mingəçevir şəhəri icra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 461/3-8 №-li xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, daşınmaz əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün Mingəçevir şəhəri Ü.Nacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilə dair hərracın keçirilməsi haqqında hərrac təşkilatına sifariş verilmiş, mənzilin ilkin qiyməti 55000 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 02 noyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdə göstərilir ki, Mingəçevir şəhəri Ü.Nacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilin dəyəri 55000 manat olmaqla 22 noyabr 2021-ci il tarixdə açıq hərracı keçiriləcəkdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları barədə 22 noyabr 2021-ci il tarixli 073 №-li protokoldan görünür ki, Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 16451 saylı xx.xx.2020-ci il tarixli icra qeydi və Mingəçevir şəhər icra və probasiya şöbəsinin 461/3-8 saylı xx.xx.2021-ci il tarixli sifarişli məktubuna əsasən X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 3 otaqlı 30 №-li mənzilin hərracda satış qiyməti 55000, alış qiyməti 55550, Qalib Cavabdeh olmuşdur. Qalib tələbkar olduğu üçün beh ödəməmişdir. İşdə olan 22 noyabr 2021-ci il tarixli kassa-mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh 2750 manat xidmət haqqı ödəmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru X13 ilə Cavabdeh arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilədə göstərilir ki, “təşkilatçı” X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 3 otaqlı 30 №-li mənzilini ”alıcının” mülkiyyətinə verməyi, “alıcı” işə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürürlər. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi, 78 №-li evin 30 №-li mənzili xx.xx.2021-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İlk iddia üzrə iddiaçılar tələbdə Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış 3M-22 saylı 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması və Cavabdeh ilə X7 arasında bağlanmış 3M-31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, tələb kredit müqaviləsi bağlanmasına baxmayaraq İddiaçı2 heç vaxt Cavabdeh borc pul almaması, eləcə də ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyan X2 adına qeyd olunsa da, mənzil iddaçı ilə Z.Rüstəmovun birgə mülkiyyətində olması, lakin ipoteka qoyulan zaman İddiaçı1 razılıq olmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli” qərarında göstərilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli” qərarına əsasən əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. “İpoteka haqqında” qanunun 10.1 və 10.2-ci maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İş materialları ilə müəyyən edildi ki, kredit müqaviləsi tərəflər arasında razılaşma ilə könüllü, tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq bağlanmış və müqavilə notariat ofisində təsdiq edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edildi ki, kredit müqaviləsi ilə yaranmış öhdəliyin təminatı olaraq X5 mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini ipoteka qoymuşdur və tərəflər arasında notariat qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsi bağlanan zaman Z.Rüstəmovla nikahda olan, hazırkı iş üzrə İddiaçı1 razılıq ərizəsi alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia Cavabdeh ilə İddiaçı2 arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı 31 yanvar 2017ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, Cavabdeh ilə X7 arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, ipoteka qeydinin ləğv edilməsi hissəsində təmin olunmamalıdır. İlk iddia üzrə iddiaçı tələbində, həmçinin, X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilməsi barədə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli reyestrdə 8İ-16451 № ilə qeydə alınmış icra qeydinin ləğv olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı2 arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana iki il müddətinə, xx.xx.2019-cu il tarixə kimi qaytarmaq şərti ilə 60000(altmış min) mant borc pul vermiş, həmin borcun ödənilməsi təminatı olaraq Cavabdeh, X5 və İddiaçı2 arasında 31 yanvar 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, Z.Rüstəmovun mülkiyyətində olan Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 9.2-ci bəndində göstərilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 38.1-ci maddəsində göstərilir ki, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəlik borc alan tərəfindən yerinə yetirilmədiyinə, 60000 manat kredit borcu müavilədə göstərilən müddətdə ödənilmədiyinə görə ipoteka saxlayan ipoteka predmetinə, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilməsi haqqında icra qeydi verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş, 30 dekabr 2020-ci ildə kredit müqavləsinə əsasən müəyyən edilmş müddətdə ödənilməmiş 60000 manat kreditin ödnilməsi üçün X4 məxsus, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə icra qeydi verilmişdir. Məhkəmə hesab edir ki, notariusun icra qeydinin verilməsi zamanı qanunun tələbləri pozulmamışdır, ona görə də ilk iddia Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinin 30 dekabr 2020- ci il tarixli icra qeydinin ləğv olunması tələbinə dair hissədə də təmin olunmamalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İş materailları ilə müəyyən edildi ki, icra qeydi Mingəçevir icra və probasiya şöbəsinə göndərildikdən sonra tələbin könüllü icrası barədə borclular İddiaçı2 və X4 bildiriş yazılmışdır. Lakin bildirişdə borcluların poçt ünvanları qeyd edilməmiş və bildirişin ipoteka qoyan Zeynal Rüstəmova göndərilməsini təsdiq edən poçt sənədi işə əlavə edilməmişdir. Ona görə də tələbin könüllü icrası barədə bildirişin borclulara göndərilməsi inandırıcı deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə tərəflərin razılığı əsasında müstəqil qiymətləndirici tərəfindən müəyyən edilr. İşdə olan ipoteka müaviləsindən görünür ki, ipoteka predmetinin qiyməti ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 60000(altmış min) manat müəyyən edilmişdir. Lakin ipoteka müaviləsində tərəflərin razılığı ilə ipoteka qiyməti qeyd edilmiş olsa da tərəflərin razılığı olmadan icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmetin yenidən qiymətləndirilərək qiymət 55000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC hərrac təşkilatının ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərrac keçirilməsinə dair sənədlərə əlavə edilmiş “açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, hərracın keçirilməsi vaxtı, tarixi, yer barədə sifarişçiyə, tələbkara və borclulara bildiriş yazılmışdır. Lakin bildirişin boclu-ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədi sənədlərə əlavə olunmamışdır. Həmçinin, “İpoteka haqqında” qanunun 36.1-ci maddəsində göstərilmiş müddətlər (5 təqvim günü və 3 təqvim günü) ölkə daxilində göndərilmiş bildrişlər üçün nəzərdə tutulmuşdur. İş materiallarındam isə görünür ki, ipoteka qoyan-borclu Zeynal Rüstəmov ölkə daxilində yaşamamışdır və qeydiyyatda olmamışdır. Hərracın keçirilməsinə dair sənədlərə əlavə olunmuş "xxxx" MMC-nin 22 noyabr 2021-ci il tarixli 43 №-li protokolundan görünür ki, hərracda 2 nəfər-X6 və tələbkar Cavabdeh iştirak etmişdir. Tələbkar 55500 manat təklif etməklə X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilin qalibi olmuşdur. Qeyd edilən sənədlərə əlavə olunmuş "xxxx" MMC-nin direktoru X15 ilə Cavabdeh arasıda bağlanmış “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilədə göstərilir ki, “təşkilatçı” daşınmaz əmlakı, X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini alıcının tam mülkiyyətinə verilməsi, alıcı isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməsi öz öhdəsinə götürür. Ödəniş forması köçürmə ilə və ya nəğd ola bilər. Lakin ödənişin köçürmə ilə və ya nəğd yolla icra olunması barədə sənəd hərrac sənədlərinə əlavə olunmamışdır. “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 gün təqvm günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetin ilkin satış qiymətilə ala bilər. Hərracın etibarsız sayılmasını müəyyən edən “İpteka haqqında” qanunun 44-cü maddəsində göstərilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, İpoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərrac “İpoteka haqqında” qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyinə görə hərrac etibarsız hesab edildiyi üçün hərracın keçirilməsi ilə əlaqədar ödənilmiş 2750 manat, kredit müqaviləsi üzrə ödənilməmiş 4450 manat və dövlət rüsumu kimi ödənilmiş 92,50 manat pul tələbinə dair qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasənHər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İlk iddia qismən təmin olunsun. İpoeka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracı yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılsın. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-808/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-808/2022
07.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver